ABŞ-da yaşayan türk professor Mehmet Çilingiroğlu koronavirusla bağlı həyəcanlandıran bir xəbər verib.

O, rekombinat texnologiyası ilə inkişaf etdirilən antikorların koronavirus xəstələrini ayaqda müalicə etdiyini açıqlayıb. Bu üsulun ABŞ prezidenti Donald Tampa da tətbiq edildiyini bildirib.

M.Çilingiroğlu öz twitter hesabında bununla bağlı paylaşım edib:
“Çox sevincliyəm. Bu xəbəri sizinlə paylaşmaqdan qürur duyuram. Aylar əvvəl söylədiyim və koronavirusun dəqiq müalicəsi olacağına inandığım rekombinat texnologiyası ilə inkişaf etdirilən “monoclonar antibodyler” öz təsdiqini tapdı. Koronavirus artıq dəqiq müalicə olunacaq. Rədd olacaq COVİD-19 bəlası!”

O bildirib ki, müalicə metodu 700-800 xəstə üzərində sınaqdan keçirilib və öz effektini göstərib. Onlar yatağa düşmədən, ayaqda sağalıblar. Professor bu üsulun ABŞ prezidentinə də tətbiq edildiyini qeyd edib.

Rekombinat DNT texnologiyası nədir?

Bu texnologiya təbiətdə öz-özünə meydana gəlməsi mümkün olmayan və müxtəlif bioloji növlərdən əldə edilmiş DNT molekullarının gen mühəndisliyi texnologiyası ilə kəsilməsini və əldə edilən fərqli DNT hissələrinin birləşdirilməsini əhatə edən bir texnologiyadır.