Şəxsiyyətin iradi keyfiyyətlərini 3 qrupda birləşdirmək olar:
- İlkin – iradi güc, təkidlilik
- Törəmə – cəsarət, qətiyyətlilik, özünü ələ ala bilmək, inam
- Qazanılmış – məsuliyyət, intizam, işgüzarlıq, təşəbbüskarlıq
Təkidlilik nədir?
Qəbul edilmiş qərarın icrası zamanı qarşıya çıxan çətinlik və maneələrə qarşı gəlmək, mübarizə aparmaqdır.
Cəsarət nədir?
Qorxu hissinə qalib gəlmək, risk almaq kimi təzahür edir. Özünə inam, məqsəd aydınlığı, ədalət cəsarətin aktivatorlarıdır.
Qətiyyətlilik nədir?
Hər hansı məsələ ilə bağlı heç bir tərəddüd etmədən, vaxtında düşünülmüş qərar qəbul etməklə ifadə olunur. Bu məqsəd aydınlığı və inam hissi ilə sıx bağlıdır.
Özünü ələ ala bilmək – bu insanın ən çətin vəziyyətində dözümlüklə, soyuqqanlılıq və təmkinlik kimi izah olunur.
Məsuliyyətlilik – şəxsin yerinə yetirdiyi fəaliyyət, davranış və rəftarı qarşısında daşıdığı cavabdehlik hissi ilə sıx bağlıdır.
İntizam – şəxsin qəbul edilmiş qayda və qanunlara əməl etməsi ilə xarakterizə olunur. Alman filosofu İ.Kant nizam-intizamın insanda vəhşiliyi aradan qaldırma vasitəsi olduğunu vurğulamışdır.
Təşəbbüskarlıq – şəxsin hər hansı işə baş vurması, təşəbbüs etməsi mənasına gəlir. Başqa sözlə təşkilatın yaradılması üçün edilən işlərlə başlayır. Qurulan təşkilatın öz-özünü idarə edə bildiyi mərhələyə gəldikdə və ya uğursuz olduğu zaman başa çatır.
Bütün bunlar şəxsiyyətin iradi keyfiyyətləri adlanır. Bu keyfiyyətlər ilə şəxs özünü cəmiyyətdə tapa bilir. Həmçinin özünü fərd olaraq təsdiqlədə bilir. Bütün bunlar insanın nə qədər şuürlu, yaradılan digər varlıqlardan nə qədər fərqli və xüsusi olduğunu göstərir.
Psixoloq Xanım Bəşirli