İran Xarici İşlər Nazirliyi çərşənbə axşamı Ermənistana silah və hərbi texnikanın ötürülməsi barədə məlumatları təkzib edib.
Nazirliyin sözçüsü Səid Xətibzadə İranın sərhədlərindən keçən malları diqqətlə araşdırdığını deyib: “İran hər cür silah və sursat köçürməsinə icazə verməyəcək”.
O, hərbi sahəyə aid olmayan malların İranla qonşu ölkələr arasında hər zamankı kimi keçdiyini bildirib. Səid Xətibzadə silah daşıdığından şübhələnilən yük maşınlarının normal ticarət məhsulları daşıdığını qeyd edib.