Yapon alimləri uzun zaman sonra sahibləriylə bir araya gələn 22 itin davranışını incələməklə tədqiqat həyata keçirib.
Araşdırmanın nəticələri “Current Biology” jurnalında dərc olunub.
Tədqiqat zamanı 5-7 saat arasında sahibindən uzaq qalan itlərin gözlərinin altına onlarla görüşməzdən əvvəl kağız parçaları yerləşdirilib.
Davranışları incələnən itlərin yalnız sahibləriylə qovuşduqda göz yaşı tökdüyü təsbit edilib.
Mütəxəssislər uzun zaman sonra sahiblərinə qovuşan itlərin o anlarda sevincdən ağlaya bildiyini müəyyən edib.
Bununla yanaşı, itlərin göz yaşlarının duyğuyla bağlı olub-olmadığını anlamaq üçün oksitosin tərkibli hormon verilib və göz yaşlarının artdığı qeyd olunub.
Oksitosin orqanizmin – hipofiz vəzinin hasil etdiyi uyuşdurucu təsirli hormon – neyromediator. Bəzən ona “sevgi hormonu” da deyirlər. Bu hormon təmasdan yaranır, etibar hissini artırır, narahatlıq və qorxunu azaldır, sakitlik və inam verir.