Qohum olmadıqları halda bir-birlərinə çox bənzəyən insanların xarici görünüşlərindən daha çox ortaq nöqtəyə sahib olduqları ortaya çıxıb.

Elm dərgisi “Cell Report”da yayımlanan yeni araşdırma əsasında son dərəcədə bənzər üzlərə sahib olan insanların eyni zamanda, bir çox genetik xüsusiyyətləri paylaşdığı məlum olub.

Nəticələr belə şəxslərin bənzər genetik özəllikləri daşıdığını, ancaq DNT metilasiyası  ( (ibtidai immun sistemi kimi işləyərək orqanizmdəki bakteriyaları qoruyan bioloji proses)  və mikrobiomlarında (insan orqanizmində yaşayan mikroorqanizmlər) fərqliliklər olduğunu göstərib.

Araşdırmada qəribə şəkildə bənzər genetik quruluşa malik insanların siqaretdən istifadə, təhsillə bağlı məsələlərdə də oxşar alışqanlıqlara sahib olduqları üzə çıxıb.

Bu da, oxşar DNT-lərin yalnız onların görünüşlərini deyil, davranışlarını da bənzətdiyini ifadə edir.

İspaniyanın Xosep Karreras Leykemiya Araşdırma İnstitutunun tədqiqatçıları bu məlumatları əldə etmək üçün kanadalı fotoqraf Fransua Brunellin layihəsinə müraciət ediblər.

Sözügedən layihəni 1999-cu ildən bəri davam etdirən Brunelle dünyanın müxtəlif yerlərindən bir-birin əkiz kimi bənzəyən insanları çəkir.

Brunellenin köməyi ilə tədqiqatçılar oxşar 32 cütlüklə əlaqə saxlayıb və bu şəxslərdən tüpürcək nümunələri götürüblər.

Komanda bu şəxslərin həqiqətən də bənzər olduğunu təsdiqləmək üçün süni intellekt alqoritmlərinə müraciət edib. İstifadə edilən üç alqoritm 32 nəfərdən 16-sının görünüş baxımından tamamilə uyğunlaşdığını ortaya qoyub.

Araşdırmada əsasən bu 16 nəfər üzərinə diqqət yönəlib. Bunlardan 9-u genetik cəhətdən o qədər uyğun olub ki, onlar “ultra” oxşar hesab edilib.

Tədqiqatın müəlliflərindən Manel Esteller insan üzünün quruluşuna təsir etdiyi düşünülən molekulyar xüsusiyyətlər haqqında unikal fikir əldə olunduğunu bildirib.

Bu xüsusiyyətlərin insanların həm fiziki, həm də davranış keyfiyyətləri ilə bağlı olduğu qeyd olunur.

Esteller hesab edir ki, bu yanaşmanın cinayətkarların tutulmasına və tibbi yeniliklərə qatqısı ola bilər:

“DNT sayəsində biz cinayətkarların üzlərini rekonstruksiya edə biləcəyik və xəstələrin üzlərinin fotoşəkili onların hansı genomlara sahib olduğuna dair ipucu verəcək”.