Ötən günlərdə Kahramanmaraşda 7,7 və 7,6 bal gücündə iki zəlzələ baş verib. Zəlzələ Kahramanmaraş, Kilis, Diyarbəkir, Adana, Osmaniye, Qaziantep, Şanlıurfa, Adıyaman, Malatya və Hatayda böyük dağıntılara səbəb olub.
Vitse-prezident Fuat Oktay zəlzələdə 24 min 617 vətəndaşın həyatını itirdiyini açıqlayıb. F.Oktay 10 vilayətdə zəlzələ cinayətlərinin araşdırılması idarələrinin yaradıldığını da bildirib. Həmçinin o, “10 vilayətdə 131 şübhəlinin məsuliyyəti müəyyənləşib, 1-i həbs olunub”, – deyə bəyanat verib.