Havaların soyuq keçməsi, qapalı məkanlarda daha çox vaxt keçirmək və ətrafların kifayət qədər havalandırılmaması epidemik xəstəliklərin artmasına səbəb olur. Belə xəstəliklərdə ən böyük şikayət boğaz ağrısıdır. İnfeksiya nəticəsində yaranan boğaz ağrıları həkim nəzarətində təyin olunan antibiotik müalicələri ilə aradan qaldırıla bilər, ancaq evdə edilə bilən təbii müalicə üsulları ilə ağrıları azaltmaq olar.

ZƏRƏRLİ MADDƏLƏRDƏN UZAQ DURUN

Boğaz ağrısının şiddətli keçdiyi dövrlərdə tütün, kofein, spirt kimi zərərli maddələrdən mütləq uzaq durmalısınız. Bu cür maddələr boğazınızı daha çox qıcıqlandırır və ağrı səviyyənizi daha çox artırır.

BOL SU TÜKƏDİN

Boğaz ağrısını aradan qaldırmaq üçün bölgəni nəm saxlamaq vacibdir. Bu səbəbdən maye istehlakını artırmaq lazımdır. Bol su içdiyiniz zaman boğazda quruluq və virus və bakteriyaların boğazda yapışmasının qarşısı alına bilər.

QARQARA EDİN

Bir stəkan ilıq suya bir çay qaşığı duz və bir çay qaşığı soda əlavə edərək dişlərinizi fırçaladıqdan sonra hazırlayacağınız ağız qarqarasını çəkə, həm ağızdakı mikrobları əhəmiyyətli dərəcədə azalda, həm də boğazınızı yumşalda bilərsiniz.