Soyuq havalarda immunitetimizi gücləndirmək üçün daha çox yeməyə ehtiyac duyuruq. Yayda yediyimiz yüngül yeməklərin yerini yağlı və ağır yeməklər alır. Bu da, daha çox kalori və artıq çəki mənasına gəlir. Ancaq bəzi üsullarla bu problemi aradan qaldıra bilərsiniz.
Bilgisel.az sevdiyiniz yeməkləri artıq çəki almadan yeməyin 7 yolunu təqdim edir.
1. Ən sevdiyiniz yeməklərin kalorisini hesablayın. Kökəltməyindən qorxduğunuz qidaların dadını çıxarmağın mümkün yolu onu ölçülü yeməkdir. Yalnız bir porsiya yediyinizdən əmin olmaq üçün ölçü qablarından və mətbəx tərəzisindən istifadə edin.
2. Yüksək kalorili qidaları müəyyən bir gündə yeyin. Məsələn, sevdiyiniz bir şirniyyatı həvəsləndirici gününüzdə yeyin. Bu halda özünüzü təqsirləndirmədən mükafatlandırdığınızı düşünər, digər günlərdə sağlam qidalanma hədəfinizə sadiq qala bilərsiniz. Bir neçə günə sevdiyiniz yeməyi yenidən yemək fikri sizi motivasiya edər.
3. Pəhriz siyahınızı hazırlayanda faizlərdən istifadə edin. Günün 80 faizini sağlıqlı qidalara ayırıb, 20 faizini şişirtmədən yüksək kalorilərə ayıra bilərsiniz.
4. Sürətli yemək yerinə, dadını çıxararaq yeməyi sınayın. Tələsik yeyərkən şişkinlik hissi artır və yediyinizdən zövq almamış olursunuz.
5. Xoşladığınız yeməkləri sevdiklərinizlə bölüşün. Evdə tək film izləyərək yemək yaxşı fikir ola bilər, ancaq yeməyinizi sevdiklərinizlə paylaşdıqda bu zövq ikiqat artar. Sevgiliniz və ya yaxın dostunuzla birlikdə yeməyin dadını çıxarın. Beləliklə, yediyinizi həm də hesablamış olursunuz.
6. Yediklərinizi alternativləriylə dəyişdirin. Məsələn, çeddar pendirli makaronunuzun kalorisini azaltmaq üçün az yağlı pendir istifadə edə bilərsiniz, krem yerinə evdə yağsız südlə hazırladığınız sosla yeməyinizin dadını çıxara bilərsiniz.
7. Sağlam atışdırmalıqları seçin. Məsələn, yeməyinizin pişməyini gözləyərkən bir neçə dilim alma yemək aclığınızı yatışdırar, sərhədləri aşmanıza mane olar.