Koronavirusla əlaqədar olaraq sərt karantin dövrü avqustun 5-nə qədər uzadıldı. Evdə qalmağa məcbur olduğumuz bu dövrdə vaxtımızı düzgün qiymətləndirməli, bu vaxtı özümüzü inkişaf etdirməyə sərf etməliyik. Ən maraqlı hobbilərdən biri sözsüz ki, film izləməkdir. Bəs hansı filmləri izləyək ki, həm bizim üçün faydalı həm də maraqlı olsun.
The Revenant (Diriliş)
Aleksandr Qonzales İnyarritunun rejissoru olduğu, 2016-ci ildə ekranlara çıxan bu film bioqrafik janrdadır. Film Maykl Punkenin 2002-ci ildə nəşr olunan eyniadlı romanından uyğunlaşdırılıb. Kino sərhəd sakini Hyu Qlassın həyatından bəhs edir. Əsas rolları bir sıra ulduz oyunçular canlandırıb.
1823-cü ildə xəz ovçusu Hyu Qlass kürk axtarışında olarkən ayılar tərəfindən vəhşicəsinə hücuma məruz qalır və yaralanır. Qlassın dostlarından biri onun oğlunu öldürür. Amma Qlass həyatda qalır və ona xəyanət edəni tapmaq və oğlunun intiqamını almaq üçün axtarışa gedir.
Ameli
2001-ci ildə Avropa kinosunun ən yaxşılarından məşhur fransız rejissoru Con Pyer Canetin (Jean-Pierre Jeunet) şah əsəri “Ameli” filmi işıq üzü görür. 77 milyon dollara çəkilən komediya-melodram janrındakı film “Intouchables və “Fifth Element” filmləri ilə birlikdə ən çox gəlir gətirən Avropa filmlərindəndir. Film beş nominasiyada– ən yaxşı ssenari, dekorasiya, operator, səs və xarici dilli film üzrə Oskara namizəd olub. “Ameli” incə psixoloji anları və yumoru ilə ilk dəqiqəsindən sona kimi zövqlə izlənir.
Con Pyer Canet filmlərində adətən bir və ya hər iki valideynini itirmiş personajlara üstünlük verir. Amelinin də anası vəfat edib.
“Ucuz Roman” (Pulp Fiction)
Üç hekayənin kəsişdiyi filmdə rejissor Quentin Tarantino qara film ilə mafiya hekayəsini birləşdirib. Bunu 90-cı illərin atmosferinə uyğunlaşdıraraq, hər cəhətdən tamaşaçı üçün təsiredici bir hekayə təqdim edə bilib.
Uma Turman, Con Travolta, Samuel L. Cekson ve Brus Uillis kimi oyunçuların yer aldığı filmdə hər bir detal xüsusi incəliklə işlənib. Ən kiçik vəziyyətdə belə ironiya özünü büruzə verir. Ölümdə belə komediyaya yer verilir. Keçmiş əsərlərdən geri qalanları orijinal fikirlərlə birləşdirən Tarantino, “Ucuz Roman” filmini nəzərdə tutulanın əksinə gözlənilməz şəkildə başqa bir istiqamətdə aparır.
Tarantino ilə hər qatı zənginləşən “Ucuz Roman” filmində, əlaqəsiz görünən insanların əhvalatları qəribə, komik, bənzərsiz hekayə hörgüsüylə bir yerə toplanaraq şahəsərə çevrilib.
Benim Dünyam
Filmin ssenarisi Türkiyənin məşhur aktyoru Uğur Yücelə məxsusdur. Filmdə Uğu Yücelin özü ilə yanaşı Beren Saat da yer alıb. Bu filmin mövzusu uşaq vaxtı keçirdiyi xəstəlikdən sonra lal, kar və kor qalan Elanın həyatla bağlı heçnə bilmədən yaşayışından bəhs edir. Eyni vəziyyətdə bacısını itirən Mahir müəllimlə tanış olduqdan sonra Elanın həyat mübarizəsi başlayər. Elanın ailəsi ona heyvanmış kimi yanaşırlar. Mahir müəllim əvvəlcə ona insan kimi yemək yeməyi öyrədir və onu ətrafındakı əşyalarla tanış edir. Vaxt keçir artıq o universitet tələbəsidir. Və bunu Mahir müəllimin sayəsində bacarmışdı.
Dönüş
Film 2018-ci ildə Orxan Fikrətoğlunun ssenarisi əsasında, Qarabağ müharibəsi iştirakçısı, tibb xidməti kapitanı, hərbi həkim İmran Qurbanov haqqında çəkilib. Tammetrajlı sənədli filmdir.
Filmdə İmran Qurbanovun həyat yolu, könüllü hərbi həkim kimi döyüşlərdə iştirakı, xüsusilə də Qarabağ müharibəsi zamanı rəhbərlik etdiyi tibb bölüyünün Ağdərə, Kəlbəcər, Laçın və Murovda gedən döyüşlər zamanı fəaliyyəti əks olunub.
Ülkər Əbdürrəhmanova