Bildiyiniz kimi koronovirus 2019-cu ilin dekabr ayında Çinin Uxan şəhərində yayılmağa başlayıb.

Ölkəmizdə mart ayından başlayaraq bu virusla bağlı bir sıra mübarizə tədbirləri həyata keçirir.

Hamımıza məlumdur ki, virusun dünya səhiyyəsinə bəlli olan və təsdiqini tapmış kəskin müalicə üsulu hələ ki, mövcud deyil. Lakin virusun ümumi simptomlarını aradan qaldırmaq üçün bir sıra tibbi preparatlar sınaqdan keçirilib. Həmin vasitələr indi koronovirus xəstələrinə həm xəstəxana, həm də ev şəraitində istifadə olunur.

Bilgisel.az ev şəraitində Koronavirusun müalicəsi üçün tövsiyə olunan dərmanları təqdim edir.

Vurğulayaq ki, qeyd edəcəyimiz müalicə üsulu 18 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulur.

Gündə 3 dəfə olmaqla 10 gün müddətində Arbidol qəbul olunur.

Arbidol koronovirus simptomları üçün tətbiq olunan vasitə kimi sınaqdan keçsə də, 1974-cü ildə  Şimali Koreyada və keçmiş SSR-i ölkələrində sınaqdan keçirilmiş və qrip viruslarına qarşı effektiv olmadığı qənaətinə gəlinib. Dediyimiz kimi təsdiqini tapmış müalicə preparatları olmadığından fikirlər fərqlidir. Amma insanlar bu vasitədən istifadə edir.

Digər vasitələrimiz isə “Vitamin C” və “Vitamin D”dir. Kimyəvi adı Askorbin turşusu olan C vitamini orqanizmdə ehtiyat şəklində toplanmadığından gündəlik qidalarımız C ilə zəngin olmalıdır. C vitaminin qəbulu infeksion xəstəliklərdən orqanizmi qoruyur və immun sisteminin aktivliyini təmin edir. D vitaminini həm də “gün vitamini”  adlandırırlar. D vitamini də imuniteti gücləndirir və aparılan araşdırmalara əsasən soyuqdəymə və qrip virusları ilə mübarizə aparır. Koronovirusun müalicəsi zamanı C vitamini 1000 mq olmaqla gündə 4 dəfə 10 gün müddətində, D vitamini isə 20 mq olmaqla bir gündən bir 2 ay müddətində istifadə etmək lazımdır.

Əlavə simptomatik vəziyyətlərdə hansı addımlar atılmalıdır?

Covid-19 əleyhinə dərmanlar

Xəstəliyin simptomları

İnsan orqanizmində 1.5-3 qram sink var. Sinkin orqanizimdə fəaliyyəti zülalların, yağların parçalanması və sintezidir. Sink orqanizmin müqavimətini artırır. Sink  25 mq olmaqla gündə 1 dəfə 10 gün ərzində qəbul olunmalıdır.

Bəs əlavə simptomatik vəziyyətlər olarsa ev şəraitində hansı tədbirlər alınmalıdır? Əlavə simptomatik vəziyyətlər hansılardır?

Simptomatik tədbirləri o zaman almaq lazımdır ki,temperatur 37.5 və bundan yuxarı olsun. Bu zaman ilk gün  “Azitromisi” 500 mq  olmaqla gündə bir dəfə, sonrakı günlərdə isə 250 mq olmaqla  gündə 1 dəfə 4 gün istifadə etmək lazımdır. Bu preparat yuxarı tənəffüs yollarının  və LOR orqanlarının infeksion hallarını aradan qaldırır. “Seftiriaksion” və “Moksifloksasin”in də istifadəsi bu hallarda keçərlidir. “Moksifloksasin” 400 mq olmaqla gündə 1 dəfə 1 həftə qəbul olunmalıdır.

Digər simptomatik hal isə xəstədə öskürəyin olmasıdır. Bu hal da “Asetilsisten” 600 mq olmalq gündə 1 dəfə, “Salbumatol” isə 5 mq 1 ampul olmaqla + NACL 0.9% 3 ml istifadə edilir. Qeyd edək ki, öskürək halında alınan müalicə öskürək bitənə qədər davam etdirilə bilər.

Qeyd, hər hansı bir formada xəstəliyin əlamətləri aşkarlanarsa, həkimə müraciət etməyiniz vacibdir.

 

     Aytəkin Cəlali