Dünyada butulkalaşdırılmış su hər il 9% artaraq, 2020-ci ildə təxminən 280 milyard dollar təşkil etdi. Bu gün inkişaf etmiş ölkələrin əksəriyyətində pulsuz krant suyu insanların ixtiyarındadır. Bəs insanlar qablaşdırılmış suya niyə bu qədər üstünlük verir?
Bilgisel.az xəbər verir ki, butulkalaşdırılmış suyun satışı ilk dəfə 1760-cı ildə Bostonda başladılıb. “Jackson Espio” şirkəti mineral suyu müalicə məqsədi ilə satışına başlayıb. Bu biznes 20-ci əsrə qədər bir çox ölkələrdə uğur qazanıb. Daha sonra xlorlaşdırılmış krant suyu biznesi yayıldı. İçməli krant suyu hər yerdə mövcud olandan sonra butulkalaşdırılmış suyun satışı kəskin azaldı. 1990-cı illərdə bu biznesə alkoqolsuz içkilər sənayesinin nəhəngləri gəlib. “Pepsi”, “Coca-Cola” suları bazara çıxdı. Və budur nəhəng marketinqin büdcələri butulkalaşdırılmış suyun krant suyu üzərindəki parlaq qələbəsini təmin etdi.
Butulkalaşdırılmış sular digər sulardan fərqlənmir
“Marketing Cooperation” hesabatına görə, hazırda dünyada hər il 460 milyard litrdən artıq butulka suyu satılır. Birinci yerdə Çin, ikinci yerdə ABŞ, bunlardan sonra isə Meksika, İndoneziya , Brazilya Hindistan və Tayland gəlir. Onluğu isə Almaniya və Fransa kimi Avropa ölkələri tamamlayır. Son üç ölkədə içməli su xətlərinin əla səviyyədə olmasına baxmayaraq, orta hesabla hər bir italiyalı ildə 180 litr, alman 160 litr, hər fransız isə 145 litr butulkalaşdırılmış su içir. Qablaşdırılmış suyun alınmasının əsas səbəbi guya onun ekoloji baxımdan krant suyundan daha təmiz olmasıdır. Bu kimi təsəvvürlər istehlakçıların çox saylı reklam çarxlarının vasitəsi ilə insanların beyinlərinə yeridilir. Və əlbəttdəki bunun reallıqla heç bir əlaqəsi yoxdur. ABŞ-ın” Enviromental Working Group” şirkətinin tədqiqatçılarının sözlərinə görə, butulkalaşdırılmış suyun istehsalı ilə məşğul olan şirkətlərin 50 faizi etiraf ediblər ki,onların təqdim etdiyi su əlavə təmizlənmədən keçmiş krant suyudur. Digər 18 faizi isə suların mənbələrini açıqlamaqdan imtina edib. Bu isə o deməkdir ki, gizlətdikləri mənbə elə krant suyudur. Əksər hallarda butulkalaşdırılmış su heç də yaxşı deyil.Əlavə təmizlənmə isə suya hər hansı bir üstünlük vermir.Bundan əlavə dövlət krant suyuna mağazalarda satılan sulardan daha ciddi şəkildə nəzarət edir. Hətta əgər istehsalçı qüsursuz təmiz suyu təqdim etsə belə, zamanla su plastik butulkanın ifraz etdiyi mikro hissəciklərlə çirklənir. Suyun tərkibində aşkarlanan hissəciklərin konsentrasiyası bir şüşədə 0-dan 10000-dək dəyişib. Orta hesabla suyun 1 litrinə ölçüsü 100 mikron olan 10.4 plastik hissəcik düşür. Buna görə də reklamlara aldanmayın. Butulkalaşdırılmış suların krant suyundan daha dadlı olması da həqiqətə uyğun deyil. “WeAround Universitetinin apardığı araşdırmalara əsasən dequstatorların yalnız 1/3 krant suyunu butulkalaşdırılmış sudan ayırd edə bilib. Xlor dadını verən krant suyu isə ucuz filtrlər vasitəsi ilə rahat şəkildə öz həllini tapır.
Su butulkaları ekoloji çirklənməyə səbəb olur
Nəhayət, suyun qablaşdırılmasının ekoloji olduğuna gəldikdə isə bunu deyə bilərik ki, ABŞ-da 2016-cı ildə butulkaların hazırlanması üçün 2 milyon ton plastik istifadə edilib. Plastikin hazırlanması üçün isə 64 milyon barel neft xərclənib. İçdiyimiz su butulkalarının bu qədər təhlükəli olduğu bilindiyi halda nəyə görə axı insanlar hər il qablaşdırılmış sudan daha çox istifadə edirlər? Cavabı sadədir. Butulkalaşdırılmış suyun krant suyundan hər tərəfli üstün olması təfəkkürü Lobi kampaniyalarının geniş miqyaslı reklamlarının nəticəsidir. Və əlavə olaraq sudan gələn gəliri heç kim açıqlamasa da, bunu rahat şəkildə narko bizneslə eyni dərəcədə tutmaq olar. ABŞ-ın çəkdiyi qalmaqallı “Su sevgisi üçün” sənədli filmində deyilir ki, “Nestle”şirkəti butulkalaşdırılmış su alverindən 1 gündə 1.8 milyon dollar qazanır.
Aytəkin Cəlali.