Minimalizm son zamanlarda məhşur bir ifadədir. Minimalizmə sadəlik də deyə bilərik. Demək olar ki, minimalistliyin təməlində artıq şeylərdən təmizlənmə, arınma da durur. Artıq məşəqqətlərdən, artıq əşyalardan, olması mümkün olmayan xəyallardan uzaq olmaq və daha sadə, rahat həyata uyğunlaşmaq mənasına gəlir.

Azın gətirdiyi xoşbəxtlik

Minimalist Closet: 9 Simple Ideas for Getting Rid of Clothes

Azın çoxluğuna və gücünə işarə edən bir sözdür.

Ətrafınızdakı əşyalar gərəksiz görünməyə başladığında minimalizm dövrəyə girir. Elə bir dövrdəyik ki, xoşbəxt olmaq üçün daha çox şey almağa yönləndirilirik. Lakin minimalist həyat tərzinə sahib olduqdan sonra bu, elə olmur. Tez-tez dəyişən trendlərə geyimlərinizi və tərzinizi uyğunlaşdırmaq əvəzinə, öz tərzinizi tapıb sadəcə ona pul xərcləyirsiniz.

Minimalizmin faydası

Mindfulness Can Be Child's Play - Totally Meditation

Minimalizm az şeyə sahib olmaq deyil, bir növ həyat fəlsəfəsidir. Bir minimalist azla da kifayətlənib xoşbəxt ola bilir.Yəni, maksimalizmlə bir növ antonimlik təşkil edir.

Necə minimalist ola bilərik?

How to Be a Minimalist: 16 Steps to Uncluttered Living | Cheapism.com

– Pul və vaxt sərf etdiyiniz şeyləri nəzərdən keçirin.

Fikirləşin ki, bu pulu xərcləməyiniz həqiqətən də sizi xoşbəxt edirmi? Bu qədər vaxt sərf edirəm, həqiqətən də sərf etdiyim vaxta dəyirmi?

– Sizi gərginləşdirən şeyləri aydınlaşdırın.

Gərginliyinizi artıran, bir şeyləri gözləntidə qoyan, səbr edə bilmədiyiniz şeylər nədir? Bu şeyləri azalda bilərsiniz? Həyatınızda sizi gərginləşdirən şeyləri həll edə və ya birbaşa uzaqlaşdıra bilərsiniz.

– Sizə zərər verən münasibətə davam etməyin!

Qurduğumuz münasibətlərin 10 %-i sağlam, qalan 90%-i isə dramdır. Sizə yaxşı təsir etməyən münasibətləri tapın və o insanlarla əlaqəni kəsin və ya azaldın.

– Bir şey alarkən çoxyönlü olmasına diqqət edin.

Bir köynək və ya ayaqqabı alarkən çalışın digər paltarlarınızın çoxu ilə oxşar olsun. Bu sizə hər baxımdan daha rahat olacaq.

İstifadə etmədiyiniz  proqramları, lazımsız şəkilləri silin.

Sizin sinirlərinizi gərginləşdirəcək bildirişlər varsa, elə indi səssizə alın.

– Başladığınız şeyi bitirin.

Başladığınız bir işi bitirməmək özünüzə güvənin itməsinə və gərginləşməyinizə səbəb ola bilər.

 Gülayə Mecid