Parkinson xəstəliyi nadir hallarda rast gəlinən daha çox orta yaşlı insanlarda yaranan sinir sistemi xəstəliyidir. Bu xəstəlik ilk dəfə 1817-ci ildə Ceyms Parkinson tərəfindən kəşf edilib. İlk illərdə xəstəlik “titrəyən iflic” adlandırılırdı. Sonralar isə  Parkinsonun adından götürülərək Parkinson adlandırılmağa başladı. Bu xəstəlik Altsheymer xəstəliyindən sonra rast gəlinən degenerativ pozuqluqdur.

Parkinson xəstəliyinin səbəbləri

Parkinsonun dəqiq səbəbi bilinməsə də, yaranmasında bir neçə faktorun rolu qeyd olunur. 65 yaşdan yuxarı hər on ildən bir xəstəliyin sayı iki dəfə artır. Cavanlarda Parkinsonun yaranma səbəbi isə genetika ilə əlaqədardır.

Parkinson xəstəliyinin əlamətləri

Xəstəliyin ilk əlamətləri titrəmə və hərəkətin yavaşlamasıdır. Titrəmə əvvəlcə tək əldə başlayır və zamanla ayaqlarda və digər əldə də müşahidə olunur. Titrəmə xəstə oyaq olduğu zaman başlayır, yatdığı zaman isə dayanır. Əsəb, stress, yorğunluq və depressiya titrəməni artıran səbəblərdəndir. Sərtlik boyun əzələlərindən başlayır və başın gövdədən öndə gəlməsinə səbəb olur. Bel sümüyü də bundan təsirlənərək, önə doğru əyilir. Müvazinətin itirilməsi və yerimə zamanı balansın pozulması da xəstəliyin əlamətləri sırasındadır. Parkinson xəstəliyi iki cür müşahidə edilə bilir: həm hərəkətdə azalma, həm də artma.

 

Parkinson xəstələrində rast gəlinən özəlliklər

Bu xəstələr yazı yazarkən əvvəlcə böyük ölçüdə başlayır, getdikcə hərflər kiçilir və yazının oxunması çətinləşir.

Monoton danışıq tərzi bu xəstələrdə tez-tez rast gəlinir.

Mimika və jestləri get-gedə itməyə başlayır. Üz ifadələri donur, insanın güldüyü, ağladığı bilinmir.

Parkinson xəstələri kəlimələrin son hecasını tez-tez təkrar edirlər.

Gözləri dəqiqələrlə, hətta saatlarla yuxarıya doğru baxa bilər. Bu da xəstəni narahat edən bir haldır.

Parkinson xəstəliyi ölümcüldür? Xəstəliyin müalicə metodları

Məşhurların Qorxulu Bəlası

Parkinson xəstəliyi ölümcüldür?

Parkinson xəstələri müalicəyə dərman qəbulu ilə başlamalıdır. Lakin illər keçdikcə dərmanların effekti azalır. Buna görə də dərman müalicəsi ilə yanaşı cərrahi müalicə metodları da tətbiq olunmalıdır. Lakin bu hər Parkinson xəstəsində tətbiq oluna bilməz. Burada əvvəlcə yaş faktoru nəzərə alınır. 75 yaşdan aşağı xəstələr əməliyyat olunmurlar. Əməliyyat olunacaq xəstənin beynində başqa problemlər- beyin damar problemləri olmamalıdır. Şəkər xəstəliyi olan şəxslərdə bu hal yüz faiz əks göstəriş sayılmasa da, problem yarada bilər. Bu kimi hallara diqqət etmək lazımdır. Əməliyyat nəticəsində beynin hərəkət mexanizmi qaydaya salınır. Əməliyyat sonrası xəstələr Parkinson simptomlarından azad olurlar. Xəstənin titrəməsi dayanır, yeriməsi, danışması normaya düşür. Xəstə heç kimin köməyi olmadan həyatına davam edir. Lakin Parkinson xəstəsinin tam şəkildə sağalması mümkün deyil. Əməliyyat olunan xəstələr mütləq nevroloqun nəzarəti altında olmalıdırlar.

 

 Bu xəstəlikdən əziyyət çəkən məşhurlar

Məşhurların Qorxulu Bəlası

Parkinson xəstəliyi məşhurlardan da yan keçməyib.

Salvador Dali

Sürrealizmin ən məşhur nümayəndələrindən olan Salvador Dali haqqında yəqin ki, hər biriniz eşitmisiniz. Onun əsərləri bütün dünyada məşhurdur. Bununla yanaşı son illərin sevilən internet serialı olan “La casa de papel” serialında da oğruların Salvador Dali maskasından istifadə etməsi Dalini serialı izləyənlər arasında da məşhurlaşdırdı. Dalinin Parkinson xəstəsi olduğunu isə çox az adam bilir. Dali ilk görüşdən aşiq olub evləndiyi rus rəssam Qalanın ölümüylə sarsıldı. Bundan 1 il sonra Daliyə Parkinson diaqnozu qoyuldu. 84 yaşında dünyasını dəyişən rəssamın cəsədi İspaniyadadır.

Maykl C.Foks

Parkinson xəstəliyindən əziyyət çəkən məşhurlar sırasında amerikalı aktyor Maykl C.Foks da var. 1991-ci ildə aktyor Parkinson olduğunu öyrənir. Buna baxmayaraq, uzun müddət xəstəliyini hamıdan gizlədərək “Spin City” serialındakı roluna davam edir. Bir gün Foksun vəziyyəti ağırlaşır və dostları onun xəstəliyini öyrənir. 2000-ci ildə isə vəziyyəti daha da pisləşdiyindən aktyorluq karyerasını bitirməyə məcbur olur.

Adolf Hiltler

Alman siyasətçi açıqlamalarından birində uşaq ikən atası tərəfindən döyüldüyünü demişdi. Bundan əlavə Hiltlerin dəri xəstəlikləri, ürək xəstəliyi, Parkinson kimi xəstəliklərdən də əziyyət çəkdiyi söylənilir.

Papa II. Cen Paul

Katolik kilsəsinin Papası II. Cen Paul 1994-cü ildə duşda olarkən yıxılmış və nəticədə sağ bud sümüyü qırılmışdı. 1997-ci ildən etibarən isə Papanın hərəkətlərində ləngimə, əllərində titrəmənin artması, üz mimikalarını itirməyə başlaması Parkinson xəstəsi olduğunu deməyə əsas verir.

Bunlardan əlavə dünya şöhrətli boksçu Məhəmməd Əli, pop ulduzu Linda Ronstadt da Parkinson xəstəliyindən əziyyət çəkənlər sırasındadır.

 

Hər il 11 Aprel tarixində bütün dünyada “Dünya Parkinson Xəstəliyi Günü” kimi qeyd olunur.

 

Mübariz Zəki