Uşaqdan böyüyə hər kəsin əlindəki smartfonlar hər an yanımızdadır. Bütün gün əlimizdən düşməyən bu telefonlar, yatarkən də yanımızda olur. Çoxumuz yatmadan əvvəl son dəfə nələrəsə baxmaq üçün smartfonlara göz gəzdiririk.

Türkiyənin məşhur professoru Yavuz Səlvinin “Saatını qarışdıran beyin” adlı kitabı hər kəsdə maraq doğurub. Səbəb məhz gecə saatlarında telefona baxmaqla beynimizdə baş verən qarışıqlıqdan bəhs etməsidir.

Bilgisel.az xəbər verir ki,  həmin kitabda qeyd olunan və hər kəsin bilməsi vacib olan məlumatı təqdim edir:

“Gecə ağıllı telefonunuzla sosial media, ya da başqa bir şeylə məşğulsunuz. O an beyninizdəki saatınız gecə rejimində çalışmaq istəyir. Ancaq gözünüzdəki melanopsin hüceyrələri çox yüksək enerjili mavi işığı görür və beyninizdəki saata “burada daha gündüz” mesajı verir. Mavi işıq bioloji saatınızın gecə rejimini pozur. Bioloji saat öncə melatonin hormonunun ifrazının önünü kəsir, sonra bütün vücudunuza, mədə, mədəaltı vəz, ürək və əzələlərinizə “gece rejimi ləğv olundu” mesajı verərək, yanlış zamanda yanlış işlər görməsinə səbəbiyyət verir.

Zamanı çaşdırdığımızda duyğularımız da harada və necə ortaya çıxacağını qarışdırır. Aydınlıq və qaranlığa bağlı tarazlığımız pozulduğunda beynimiz siqnal verir. Həddən artıq işıq aldığımızda və yuxusuz qaldığımızda nəzarətsiz davranmağa başlayırıq”.