Son dövrlər həyatımıza girən və təxminən 200 ölkədə 125 milyon üzvü olan və yüzlərlə seriyalı film arxivi olan “Netflix” özünü bir növ “internet əyləncə xidməti” olaraq təyin edir.

Film platformasının inkişaf tarixi

Film Sənayesinin Divinin Uğur Hekayəsi

Film platformasının inkişaf tarixi

“Netflix” 1997-ci ilin avqust ayında Kaliforniyanın Skotts Vallidə Rid Hastinqs və proqram təminatçısı Mark Randolf tərəfindən qurulub.  O dövrdə DVD yeni  çıxırdı və bu sahənin uğur qazanacağını düşünən ikili bir şirkət qurdular. “DVD satmaq və kirayə vermək” xidməti ilə fəaliyyətə başladılar.

Əvvəlcə hər film üçün kirayə haqqı alınrırdı və göndərmə haqqı sifarişçi tərəfindən ödənilirdi. Ancaq zaman dəyişdi.

2002-ci ildə  “Netflix” adı”Netflix Inc” olaraq dəyişdirildi. 2005-ci ildə firmanın  Seatll, Hyuston, Denver kimi şəhərlərdə də dillerləri açıldı. Beləliklə, 2005-ci ilin sonu  üzvlərin sayı 4.2 milyona yüksəldi.

2007-ci il və ondan sonrakı dövrdə bir dönüş nöqtəsi oldu. Artıq istifadəçinin DVD icarə götürməyə ehtiyacı yox idi, çünki “Netflix”, veb səhifəsində “indi baxın” şüarı ilə yayımlanmağa başladı. İndi insanlar filmlərini istədikləri yerdə və istədikləri vaxt seyr edə bilərdilər.

İlk dəfə 2011-ci ildə “Primetime Emmy” Mühəndislik Mükafatını qazandı.

2014-cü ildə yayımlandığı ölkələrin sayını artıran “Netflix” istifadəçilərinin sayı, dünyada 50 milyona çatdı.

2015-ci ildə o, ilk orijinal filmi – “Beasts of No Nation ” adlı filmini təqdim etdi.

 Ən yaxşı 5 Netflix serialı

BoJack Horseman

Stranger Things

House of Cardsm

Orange Is The New Black

Jessica Jones

Ən yaxşı 5 Netflix filmi

Schindler’s List

The Godfather

Inglourious Basterds

13th

The look of silence

“Netflix”in müvəffəqiyyət sirləri

Film Sənayesinin Divinin Uğur Hekayəsi

“Netflix”in müvəffəqiyyət sirləri

Əllərinə düşən fürsətləri doğru qiymətləndirdilər

Netflix film izləmə problemini (DVD-lər, kasetlər və s.) gördü və bu problem üçün həll təklif etdi. Nəticədə bu problemi həll edərək film izləmə prosesini asan və rahat etdi.

Ucuz qiymət siyasəti

Yarandığı gündən etibarən keyfiyyətli və reklamsız yayımlanan Netflix, rəqiblərindən (Amazon və Hulu) daha uyğun idi. Çatdırılma haqqının olmaması və aylıq ödəniş üçün limitsiz film imkanları ilə başqa bir yerdən film almaqla müqayisədə çox sərfəli idi.

Yüksək müştəri məmnuniyyəti

Müştərilərinə böyük əhəmiyyət verən şirkət, istifadəçilərin istəklərinə uyğun olaraq necə qurulacağını, xüsusən də onlayn olduqdan sonra apardığı sorğular və qiymətləndirmələr nəticəsində bilirdi. Müştərilər məmnun idilər.

İnternetə uyğunlaşma

“Netflix” sürətlə böyüdükdə, internetin artması və evlərə daha çox kompüterin girməsi riskli oldu. baxmayaraq yeniliklərə uyğunlaşa bildilər və interneti öz üstünlüklərinə çevirdilər.

Yerli ilə kifayətlənmədən dünyaya açıq olması

2010-cu ildə “Netflix” “tamam, Amerikada yaxşıyıq, bu kifayətdir” demədi, istifadəçilərin sayı artdıqca qlobala keçdi və yayıldı.

 Fərdi sistem və mükəmməl marketinq texnikası

“Netflix” əyləncə dünyasında hər yerdə üstünlük təşkil edir.  Videoların axınına gəldikdə, Netflix, dünyada təxminən 125 milyon istifadəçisi olan bir dünya lideridir.  Bəli, səhv eşitməmisiniz, 125 milyon!  Əvvəlcə 1997-ci ildə bir film kirayəsi şirkəti olaraq qurulan Netflix,indi bütün dünyada tanınır.