16-27 may tarixləri arasında baş tutacaq Kann Film Festivalının münsiflər heyətinin sədri daha əvvəl iki dəfə “Qızıl Palma budağı” qazanan və son filmi “Kədər üçbucağı” ilə Oskara namizəd olan Ruben Östlund olacaq.

Bu il Kannda premyerası gözlənilən filmlər arasında; Martin Skorsezenin yeni filmi ‘Killers of the Flower Moon’, Wes Andersonun ‘Asteroid City’, Sofia Coppola’nın ‘Priscilla’ filmlərindən əlavə Nuri Bilge Ceylanın son filmi ‘Dry Grass’ da mövcuddur.

Kann seçimi və müsabiqə filmləri hələ rəsmən açıqlanmasa da, Nuri Bilge Ceylanın “Quru otlar haqqında” filminin iyul ayında Fransada nümayiş olunacağı açıqlanıb. Belə olan halda filmin Kannda premyerasının olacağı və Qızıl Palma budağı uğrunda yarışacağı böyük ölçüdə təsdiqlənib.