Latın dilində mənası “məmnun etməliyəm” olan plasebo xalq arasında “şəkər dərmanı” olaraq da
adlandırılır. Bu təsir tam olaraq nədir?

Farmokoloji olaraq təsirsiz olan bu dərman əslində xəstəyə psixoloji təsir göstərərək onun
sağalmasına kömək edir.

Əslində bu dərmanın sağaltma gücü yoxdur. Dərman bədənə ağız, burun və
inyeksiya yolu ilə daxil ola bilər. Bu dərmanın gücü ondan ibarətdir ki, dərmanı qəbul edən
xəstə beynində sağalacağına dair düşüncələr yaradır. Hətta aparılmış təcrübələrə əsasən, ölümcül
xəstəliyi olan bir çox insan (75%) sağalıb.

Xəstələrin ruh halları üzərində plasebo effekti:

• Xəstənin şikayətləri azalır

• Xəstə özünü daha yaxşı hiss edir

• İnsan daha xoşbəxt və pozitiv olar

• Ağrı kimi bəzi simptomları azalar.

Psixologiyada “plasebo təsiri” xəstə olan insanın dərmana inanması ilə nəticədə özünü daha yaxşı
hiss etməsidir. Həmçinin xəstənin vəziyyəti getdikcə yaxşılaşır. Bu şəkildə xəstələri inandırıb motivasiya
edirlər.

Psixoloq Xanım Bəşirli