Bəzən insanların özlərini tanıya bilmədikləri vaxtları olur. Hətta bir çox insan eyni hadisə və vəziyyətə fərqli reaksiyaları ilə təəccübləndirir. Elə bu anda “mən hansı insanam?” deyə düşünməyə başlayır.

Bilgisel.az şəxsiyyətinizi sizin üçün ortaya qoyan maraqlı bir test təqdim edir.

Diqqətinizi çəkən və sizə yaxın olan fotonu seçərək, şəxsiyyətinizi müəyyən edə bilərsiniz:

Hansı Tip İnsan Olduğunu Öyrən

Özünü tanı – Testi

 

*****************************************************************************************************

 

Əgər 1-ci şəkli seçmisinizsə, Siz cəsur şəxsiyyətsiniz.

Hansı Tip İnsan Olduğunu Öyrən

Çox güclüsünüz

Dözülməzsiniz. Güclü və cəsur şəxsiyyətiniz var. Ehtiras və enerji ilə dolusunuz. Bu ehtirasda qaranlıq bir tərəf var. Birini cəlb etməyə çalışarkən özünüzü yaxşı hiss edirsiniz. Yaşadığınız hər mühitdə diqqəti cəlb etməyi bacarırsınız. Praktik zəkanız var. Həmçinin tez qəzəblənən birisiniz.

 

İkinci şəkli seçmisinizsə, Siz xoşbəxtsiniz.

Hansı Tip İnsan Olduğunu Öyrən

Müstəqil şəxsiyyətsiniz – Özünü tanı

Müstəqil bir şəxsiyyətiniz var. Siz xoşbəxtsiniz və daim hərəkətdəsiniz. Hər kəsin uğurlarınızdan xəbərdar olmağını xoşlayırsınız. Məntiq yönümlü bir insan olduğunuza görə həyatı strategiya oyunu olaraq görürsünüz. Özünüzdən başqasına etibar etmədiyiniz üçün bir az tənha bir şəxsiyyətiniz var. Doğulmuş bir lider və iş adamısınız.

 

Üçüncü şəkili seçənlər, mənəvi dəyərlərə üstünlük verir.

Hansı Tip İnsan Olduğunu Öyrən

Dürüstlük-Özünü tanı

Dürüstsünüz. Günahsız, mənəvi dəyərlərə sahib olan və tez uyğunlaşa biləcək şəxsiyyətiniz var. Yeni mühitlərə tez uyğunlaşırsınız. Kənardan utancaq kimi görünsəniz də, dostların arasında danışılan və aktiv bir hərəkətiniz var. Planlarla hərəkət edirsiniz  və həyatınızı buna uyğun yaşayırsınız. İnsanlar haqqında dəqiq proqnozlar verirsiniz. Buna görə ətrafınızdakı insanlar təsdiqinizi almağa əhəmiyyət verirlər.

 

 

Dördüncü şəkli seçmisinizsə, deməli, ətrafınızdakıların etibarını qazanmısınız.

Hansı Tip İnsan Olduğunu Öyrən

Özünü tanı – Etibarlıq

Etibarlı insansınız. İnsanlara qayğı göstərən xeyirxah birisiniz. Doğma instinktləriniz sayəsində insanlara kömək etməyi sevirsiniz. Həmçinin yaxşı sirdaşsınız. Təbiətcə mülayim olduğunuza görə insanlar sizinlə dostlaşmağı sevirlər.

 

Beşinci şəkli seçənlər, müdrik insanlardır.

Hansı Tip İnsan Olduğunu Öyrən

Psixoloji test – Müdriksiniz

Ağıllı, nəcib və müdrik  xasiyyətiniz var. Hər zaman çətin məmnun olan və əlindən gələni edən birisiniz. Aclığınızı təmin etmək üçün daim kitab oxuduğuyursunuz. Bir filosof kimi, həmişə həyatda böyük mənzərənin axtarışındasınız. Həmişə özünüz, dostlarınız və dünya üçün ruhi sakitlik axtarışındasız. Yaxşı dostsan, qurban verməyi sevirsən.

 

Altıncı şəkli seçənlər özlərinə qapalı şəxslərdir

Hansı Tip İnsan Olduğunu Öyrən

Özünü tanı – Özünəqapalı

Sizin məkrlişəxsiyyət quruluşunuz var. Zərif, qapalı və dahi  xasiyyətiniz var. Hər hansı bir tapmacanı həll etməyə meylli ağlınız, ən böyük silahınızdır. Müzakirələrdə və ya ümumi mühakimələrdə boşluq tapmağı bacarırsınız. Rahat və dinc bir mühit sizin üçün hər zaman çox vacibdir. Özünüzü inkişaf etdirmək üçün ehtiraslısınız, hisslərinizi öldürməyi bacarırsınız. Duyğularınızı nəzarət altında saxlamaqla güclü olmağa qərarlısınız.

 

Yeddinci şəkli seçən şəxslər emosionallığı ilə fərqlənirlər.

Hansı Tip İnsan Olduğunu Öyrən

Özünü tanı – Emosionalsınız

Sizi təsvir edəcək söz emosionaldır. Etibarlı, populyar və yaxşı  izləyicisən. Dərin düşüncəniz sayəsində tez-tez mübahisə salırsınız. Duyğularınız hərəkətlərinizə nəzarət edir. Özünüzəməxsus şəxsiyyətiniz var, yaradıcı və təsiredici birisiniz. Qabığınızdan çıxmaqdan və  dəlililiklər etməkdən çəkinmirsiniz. Xoşbəxtlikdən, əksər insanlar dəliliyinizi cəlbedici hesab edirlər.

 

Səkkizinci şəkli seçənlər orijinallıqları ilə fərqlənirlər.

Hansı Tip İnsan Olduğunu Öyrən

Özünü tanı – Orijinal insan

Siz çox orijinalsınız. Əyləncəli, sevgi dolu və realistsiniz. Ancaq heç vaxt məsuliyyətsiz bir dəli deyilsiniz. Sərbəst bir ruhunuz var və hər zaman onu nümayiş etdirməkdən çəkinmirsiniz. Hərəkətli bir düşüncə tərzi sizi hər gün  bir macəraya sürükləyir.  Ətrafınızdakı insanları təəccübləndirməyi bacarırsınız.

 

Sonuncu şəkli seçənlər xəyalpərəstlərdir.

Hansı Tip İnsan Olduğunu Öyrən

Özünü tanı – Xəyalpərəstlik

Sevinc mənbəyisiniz. Xəyalpərəst, gənc ruhunuz var. Optimist və qayğıkeş  insan olaraq həmişə insanlarda ən yaxşı şeyləri görə bilərsiniz. Daim ətrafınıza gülümsəyirsiniz. Utancaq və ağıllı  insansınız. Çalışqansınız. Daim şənsiniz, ancaq əksər insanlar sizi başa düşməkdə çətinlik çəkirlər. Məsələlərə, yumorla yanaşmanız, bir çox hallarda səhv başa düşülə bilir.