Azərbaycan Silahlı Qüvvələrinin arsenalındakı yeni silahlar – Kargular döyüş hazırlığına gətirilib.

Bilgisel.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Türkiyə Müdafiə Sənayesi tərəfindən hazırlanan pilotsuz uçuş aparatı olan Kargular dron texnologiyası əsasında işləyir.

Kargu kamikadze dronlardır.

Bu silahlar havada 30 dəqiqə qədər qala bilir və ümumi çəkisi 15 kq-a yaxındır.

Kargular hərbi obyekti təyin edə və vura bilir. Bu dornlara yarı-avtomat uçuş sistemi də mövcuddur.

Analoqlarından həm qiymətinin ucuzluğu, həm də daha kiçik hədəfləri də vura bilmək bacarıqlarına görə fərqlənir. Eyni anda yüzə yaxın dron havaya qalxa və hərbi obyekti məhv edə bilmə bacarığına sahibdir.

Bu xüsusiyyətinə görə Kargunu Əbabil quşları ilə eyniləşdiriblər.