Azərbaycanın Silahlı Qüvvələrinin general-mayoru Hikmət Həsənov “Mübariz postu”nda fotosu yayılıb.

Foto insanların böyük marağına səbəb olub və sosial şəbəkələrdə paylaşım rekordu qırır.

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şəhid olduğu post Suqovuşan ərazisi azad edilərkən alınmışdı.
Qeyd edək ki, Suqovuşan Hikmət Həsənovun başçılığı ilə ordumuz tərəfindən azad edilib. Bununla yanaşı onun komandanlığı altında sillahlı qüvvələrimiz aprel döyüşlərində 2 saat ərzində düşmənin 24 illik “Ohanyan müdafiə xətti”ni yararaq Talış yüksəkliklərinə qalxıb, düşmənin 21 postunu dağıdaraq 7 strateji yüksəkliyi düşməndən təmizləyib.