Qazlaytinq – psixoloji şiddətin bir növüdür, daha doğrusu manipulyativ bir üsuldur. Sözügedən üsul: “Bu cür olmayıb!”, “Sənin gözünə görünüb!” və ya “Dəli olmusan?” kimi tipik ifadələrlə müşahidə olunur. Bunun üçün baş vermiş hadisəyə nəzər salaq: Bir evdə iki nəfər yaşayır. Yaşayanlardan biri ev üçün lazım olan əşyaları alır. Lakin tez-tez əşyaların yeri dəyişir. Bunun fərqinə varan şəxs evdəki digər şəxsə “əşyaların yerini sən dəyişirsən?” sualını verir. Həmin şəxs bayaq nəzər saldığımız “Dəli olmusan?” ifadəsini işlədir. Araşdırmalar göstərir ki, belə psixoloji şiddəti ən çox güvəndiyimiz insanlar bizə tədbiq edir. Çünki biz onlara güvənirik. Bizə görə onların dediyi hər şey həqiqətdir. Bu halda özümüzə olan güvənimiz tədricən azalmağa başlayır, bu hal davam etdikcə yox olur. Bəs niyə bu üsul Qazlaytinq adlanır?

Psixoloji problemlər

Qazlaytinq şizofreniyaya gətirir

Özünəinam sarsılır, şizofreniyaya gətirib çıxarır

Bu üsulun tapılması qaz lampası ilə başladı. Evə alınmış qaz lampasının işığı tədricən azalmağa başlayır. Yenə də bunun fərqinə varan şəxs “bunu sən eləmisən?”– deyə soruşduqda “Sən dəli olmusan?” cavabını alır. Qeyd etdiyimiz kimi, bunu bizə tətbiq edən şəxsin psixoloji problemləri olduğunu açıqca ortaya qoyur.

Özünəvurğun insan, psixopat və ya sosiopat bu təcrübəni sizə qarşı istifadə etdikdə avtomatik olaraq onun tərəfini saxlamağa başlayırsınız ki, yaranmış koqnititiv dissonansı qoruyub saxlaya biləsiniz. Bu hal dəfələrlə təkrarlandıqda özünəinam sarsılır, unutqanlıq başlayır, psixoloji xəstəlik olan şizofreniyaya gətirib çıxarır. Qazlaytinq halına davamlı tab gətirmək üçün öz şəxsi reallığınızda dayaq tapmalısınız. Bəzən baş verənləri xüsusi gündəliyə qeyd etmək, dostlara danışmaq və ya dəstək qrupu ilə bölüşmək kifayət edir.

 

Amilə Hümmətova