“Qarabağ” UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda Macarıstanda “Ferentsvaroş” klubu ilə qarşılaşıb.

Bilgisel.az xəbər verir ki, qarşılaşmada “Qarabağ” 3-1 hesabı ilə qələbə qazanaraq, Çempionlar liqasının “Pleyy-off” mərhələsinə vəsiqə qazanıb.

Sosial şəbəkələrdə oyun analiz edilərkən, maraqlı bir fakt ortaya çıxıb. Belə ki, “Qarabağ” komandasının baş məşqisi Qurban Qurbanovun oyunda türklərin çox əsrlik Turan döyüş taktikasından istifadə etdiyi məlum olub.
Tarixçi, alim Zaur Əliyev sözügedən hadisə ilə bağlı paylaşımı diqqət çəkib: Qarabağ FK-nun oyunçularının niyə tez-tez qapıçıya top ötürüb, sonra qəfildən sağ və sol cinahdan hücuma keçməsini analiz edəndə Qurban Qurbanovun Çingiz xan, Atilla, Aslparslan, Atatürk, Həzi Aslanov kimi Turan taktikası qurmasını görmək olar…. Əsl sərkərdə kimi oyun qurur Qurbanov”.