Şəkil çəkmək şübhəsiz ki, hər yaşda olan insana xoş gəlir və zövq verir. Xüsusilə də, uşaqlar üçün şəkil çəkmək, bir ekrandan heç vaxt öyrənə bilməyəcəyi nüansları dərk etməsində mühüm rol oynayır.

Uşaqlar üçün rəsm çəkməyin faydaları olduqca çoxdur. Bu məşğuliyyət uşaqlarda əlləri, barmaqları və biləkləri ilə çox özəl hərəkətlər edə bilmək bacarığını qazandırır. Bundan savayı, uşaqların gördükləri və çəkdikləri arasında bir əlaqə olduğunu göstərən əl-göz koordinasiyası yaranır. Əl-göz koordinasiyası idmanla məşğul olmaqla yanaşı həyatın bir çox sahəsində vacibdir.

Şəkil çəkmək eyni zamanda uşaqlara diqqəti toplamağı və səbr etməyi öyrədən hobbidir. Bir uşaq rəsm çəkərkən əşyanı müşahidə edir.  Onun çəkisi, boyu və digər əşyalarla olan əlaqəsini incələməyə məcbur olur. Gördüklərini kağızda çəkmək asan deyil və bunu doğru şəkildə etmək üçün səbr lazımdır. Bu zaman uşaqlarda “Baxın nəyi çəkməyi bacardım” deyərək, özünəinam yaranır.

Rəsm çəkməyin faydaları

Uşaqları şəkil çəkməyə həvəsləndir

Uşaqları şəkil çəkməyə həvəsləndir

Uşağınızı çəkməyə təşviq etmək istəyirsinizsə, hər yaşdan olan uşaq üçün hazırladığımız maraqlı rəsm fikirləri olan siyahıdan istifadə edə bilərsiniz.

1.Sevdiyi bir heyvan

2.Meyvə kimi natürmort rəsmlər

3. Ən sevdikləri və sevmədikləri yeməklər

4.Evlərinin çöldən görünüşü

5.Pəncərələrindən görünən mənzərə

6.Parkda bir gün

7.Gördükləri ən böyük ağac

8.Ən sevdikləri müəllimləri

9.Yarpaq şəkli

10.Bir muzeydəki abidə

Bu nüanslar uşaqlardakı şəkil çəkmək həvəsini və marağını artırır. Şəkil çəkmək fəaliyyətləri uşaqların xəyal gücünü əks etdirdiyi kimi, yaradıcı düşünmələrini də təmin edir. Yuxarıda qeyd olunan amillərlə bərabər sadəcə, onlara yaxşı çəkə bilmək üçün bir qədər təkan vermək də lazımdır. Bu işdə valideynlərin köməyi çox vacibdir. Rəsm çəkmək üçün olan xüsusi üsullardan istifadə etməklə uşaqlarınızın bu bacarığı inkişaf etdirməsinə kömək edə bilərsiniz.

Uşaqlarınız nə qədər pis rəsm çəksə də, icazə verin.  Çünki siz uşaqlarınızın çəkdiyi rəsmlərlə uşağınızın daxili dünyasını öyrənmək şansı əldə edə, psixoloji durumunu asanlıqla müəyyən edə bilərsiz.

Şəkil çəkərək uşaqların psixologiyasını öyrən

Rəsm çəkmək uşaq psixologiyasına təsir göstərir

Rəsm çəkmək uşaqların psixologiyasını ortaya çıxarır

Bunlar üçün bəzi nümunələri sizə göstərə bilərik.

Əgər uşaq kağızın hamısından istifadə etmirsə, boşluqlar çox qoyursa, yarımçıq şəkillər və kiçik fiqurlar çəkərək kağızın yalnız bir hissəsindən istifadə edirsə, insan fiqurları çəkərkən əl və ayaqlarını çəkmirsə, deməli problem var. Etibarsızlıq bu problemin başında gəlir. Ünsiyyət əksikliyi, eqoizim, ətrafla uyğunlaşmada yaşanan çətinliklər uşağın bu cür rəsimlər çəkməsinə səbəb olur. Hətta bu cür uşaqlar kəsik-kəsik, tamamlanmamiş xətlərdən istifadə edərərk rəsm çəkir.

Hiperaktiv uşaqlar rəngli, qarma-qarışıq, böyük həcmli rəsmlər çəkir və çox vaxt yarımçıq qoyurlar.

Məktəb və yaxud bağça fobiyası olan uşaqlar əsasən ailəsini çəkir və məktəb, şagird rəsmləri çəkməkdən daim imtina edirlər. Ev və evdə xoşbəxt uşaq rəsmləri çəkirlər.

Uşaq çəkdiyi rəsm vasitəsilə dünyanı dərk edir.

 

Ülkər Abdurahmanlı