Parisin Roissy-Charles-de-Gaulle hava limanında sərnişinlərə pul qarşılığında COVİD-19 neqativ test nəticəsini pulla satan şəbəkə zərərsizləşdirilib.
Fransa mediasının yazdığına görə, gömrük və hava limanı polisinin birgə gürçəkləşdirdiyi əməliyyat nəticəsində xaricə gedən sərnişinlərə koronavirus neqativ test nəticəsini satan 7 nəfər tutulub.
Onları test nəticələrini 150-300 avro qarşılığında bəzi sərnişinlərə satdıqlarını etiraf ediblər.
Şəbəkənin 7 üzvündən birinin qadın olduğu da açıqlanıb.
Sentyabr ayında Efiopiyaya gedən bir sərnişinin təqdim etdiyi neqativ nəticənin saxta olduğu bəlli olub. Polislər onu sorğulayanda nəticəni pulla aldığını etiraf edib. Bundan sonra məsələnin geniş araşdırılmasına başlanılıb.
Saxta nəticə hazırlayanları 5 ilə qədər həbs, 375 min avro cərimə gözləyir.