Koronavirus dövrünü Almaniyada ailəsiylə birlikdə keçirən Tarkan yeni sosial media hesabından yeni fotolarını paylaşıb.
Sənətçinin yeni imici diqqət çəkib. Onun yeni görüntüsü sosial şəbəkələrdə çox danışılıb.
Saçlarını çiyninə qədər uzadan klassik duruşlarından birini göstərib.
Müğənni fotonun altına “Salam, canlarım, darıxdım” cümləsini yazıb.
Tarkanın yeni görüntülərini təqdim edirik.