Bu dəfə Bilgisel.az sizin üçün İtalyan mətbəxindən ləzzətli bir yemək reseptini təqdim edir.

İçindəkilər:

4 ədəd toyuq filesi

1 yemək qaşığı quru reyhan

¼ çay qaşığı duz

1 ədəd dilimlənmiş qabaq

10 ədəd xırda pomidor

8-10 ədəd göbələk

1 stəkan rəndələnmiş holland pendiri

 

Hazırlanması:

Yağladığımız soba qabına toyuq filelərini düzürük. Üzərinə reyhan və duz əlavə edib, fileləri yaxşıca qarışdırırıq. Dilimlənmiş qabaqları, iki yerə böldüyümüz pomidorları və göbələkləri də sırayla düzürük. Rəndələnmiş holland pendirini də üzərinə əlavə edib, əvvəlcədən isidilmiş, 180 dərəcəlik sobada 30-35 dəqiqə bişiririk. Nuş olsun!

 

Mübariz ZƏKİ