Qoç

10 avqustda qoç bürcünü gözləyənlər

Qoç bürcü

Vacib məsələlərin həlli üçün əlverişli gündür. Çalışmağınızın nəticəsi məhsuldar olacaq. Günün qanqaraldıcı tərəfi maliyyə çətinliyi ilə bağlıdır. Xoşbəxtlikdən bu, müvəqqəti xarakter daşıyır.

Buğa

10 avqustda buğa bürcünü gözləyənlər

Buğa bürcü

Bu gün buraxdığınız ən xırda səhv belə, sanki qəsdinizə işləyəcək. Bu səbəbdən sakit olmağa çalışın. Vacib görüşə gedərkən xarici görkəminizə diqqət yetirin. Zərgər dəqiqliyi tələb edən işləri bu günlük təxirə salın.

Əkizlər

10 avqustda əkizklr bürcünü gözləyənlər

Əkizlər bürcü

Sakit gündür. Həm yaxınlarınızı, həm də özünüzü artıq həyəcandan müdafiə edəcəksiniz. Professional problemlər asanlıqla həllini tapacaq. Gəlir gətirəcək əməkdaşlıq təklifi də istisna deyil. Romantik və ailə münasibətləri yaxşı olacaq.

Xərçəng

10 avqusta şir bürcünü gözləyənlər

Xərçəng bürcü

Yeni imkanları dəyərləndirmədən onlardan dərhal yararlanmağa çalışmayın. Baş verənləri düzgün anlayın. Gərginlikdən yorulacaqsınız. İstirahət edin.

Şir

10 avqustda çir bürcünü gözləyənlər

Şir bürcü

Hər hansı bir işi görməmişdən əvvəl yüz ölçüb bir biçin. Buna enerjinizin, qüvvənizin çatacağı mövzusunda hesabınızı düzgün aparın. Yorulmaq ehtimalı var. Axşam saatlarında dincəlin.

Qız

10 avqustda qız bürcünü gözləyənlər

Qız bürcü

Ailə üzvlərinin problemləri ilə məşğul olun, onların istəklərini yerinə yetirməyə çalışın. Izdihamlı tədbirlərə qatılmağınız məsləhət deyil. Etibarınızı doğrultmamış insanlardan qaçmağa çalışın.

Tərəzi

10 avqustda tərəzi bürcünü gözləyənlər

Trəzi bürcü

Alış-veriş zamanı böyük məbləğdə pul xərcləməyin. Güc və imkanlarınızı düzgün dəyərləndirin. Başqalarının təcrübəsindən, yeri gələrsə rəqiblərin əməllərindən faydalanmağa çalışın. Məqsədə doğru hərəkət edin.

Əqrəb

10 avqustda əqrəb bürcünü gözləyənlər

Əqrəb bürcü

Çox iddialısınız. Ulduzlar qənaətcil olmağa çağırır. Pulu sağa-sola xərcləməkdənsə, yaxşı olar ki, onu qazanmağın yollarını araşdırasınız. Vaxtınızı boş işlərə sərf etməyin.

Oxatan

10 avqustda oxatan bürcünü gözləyənlər

Oxatan bürcü

Qənaətcil olun, planlaşdırmadığınız alış-verişə çıxmayın. Əyləncəyə pul xərcləməyin. Yaxşı tanımadığınız adamlara etibar etməyin. Bu gün istər professional, istərsə də şəxsi müstəvidə uğur qazanmaq şansınız var.

Oğlaq

10 avqustda oğlaq bürcünü gözləyənlər

Oğlaq bürcü

İşlərinizi sahmana salın. Boş vədlər verməyin. Bir işi yarımçıq qoyub başqasına başlamayın. Eyni vaxtda bir neçə işi görmək istəyi artıq problemlər yaradacaq. Bu səbəbdən də tələsməyin.

Dolça

10 avqustda dolça bürcünü gözləyənlər

Dolça bürcü

 

Çətin gündür. Kimlərsə sizin etibarınızdan öz maraqları naminə istifadə edəcək. Günün çatışmayan cəhəti mənəvi dəstək ala bilməməyinizlə bağlıdır. Yaxın ətrafınızı sizi anlamamaqda və dəstəkləməməkdə ittiham edəcəksiniz.

Balıqlar

10 avqustda balıqlar bürcünü nə gözləyir

Balıqlar Bürcü

Bu gün yeni əyləncə tapacaqsınız. İşə marağınız azalacaq. Bürcün bir çox nümayəndələri bu səbəbdən iş yerlərini dəyişmək fikrinə düşəcəklər. Bu istiqamətdə tələskənliyə yol verməyin.