İnternet oyunları günümüzün ayrılmaz hissəsinə çevrilib. Yeniyetmələrin daha çox maraq göstərdiyi bu oyunların isə mənfi tərəfləri az deyil.

Bəzi internet oyunları da olub ki, onlar “Ölüm sektası” adlanan təhlükəli oyunlar siyahısına əlavə edilib.

“Ölüm sektası” oyunları aşağıdakı kimidir:

“Siniy kit” (“A blue whale”)

“Tixiy dom” (“A quiet house”)

 “More kitov” (“A sea/a bunch of whales”)

Razbudi menya v 4:20″ (“Wake me up 4.20 am”)

“Ölüm sektası” adlanan bu oyunlarla bağlı ilk təhlükəli dalğa 2015-ci ildə Rusiyada meydana gəlib. Həmin illərdə Rusiyada geniş yayılmış məktəbli intiharlarının əksəriyyətinin səbəbi də elə virtual aləmlə əlaqələndirilib.

Təhlükəli oyunlar və onların zərərləri

Ölüm sektasının hazırladığı oyunlar

Gizli təşkilatların “Ölüm sektası”

Gizli təşkilatlar tərəfindən idarə edilən “ölüm sektası” qrup oyunlarının təşkilatçıları yeniyetmələrin marağını cəlb etmək üçün qrupda saxta profillər də yaradırlar. Qrupa qatılan yeniyetmə isə bu icmalarda hədiyyəni qazanmaq üçün əlindən gələni etməyə hazırdır.

“Mavi balina” (Blue whale) oyunu isə 2017-cu ildə bir çox intiharlara səbəb olub. Oyun 50 tapşırıqdan ibarətdi. Bütün bu tapşırıqları “uğurla” yerinə yetirən oyunçular 50-ci günün sonunda “balina” olmağa haqq qazanır.

İntihar mərhələsindən imtina edənlər isə “Əgər özünü öldürməsən, sevdiklərini öldürəcəm!” kimi ifadələrlə şantaj edilirdi.

İnternet oyunlarının uşaqları aqressivləşdirməsi

İnternet oyunları uşaqları aqressivləşdirir

Online oyunlar uşaqlara ziyan vurur!

Uşaqların internet oyunlarına marağı günü-gündən artır. “Call of Duty”, “Lineage”, “Counter Strike” və s. uşaqların sevimli onlayn oyunları sırasındadır. Günün əksər hissəsini kompüter qarşısında belə oyunları oynamaqla keçirən uşaqların səhhətində ciddi problemlər yaranır. Psixoloqlar uşaqlarda aqressiyanın artmasının da səbəbini məhz bu oyunların təsiri ilə əlaqələndirirlər.

Qeyd edək ki, bu cür təhlükəli internet oyunları dünyanın bir çox ölkələrində qadağan edilib.

 

Aydın Nuri