Bir qonaqlığa gedəndə başqa insanlarla tanışmaq, söhbət etmək fikri sizi qorxudur? Auditoriya qarşısında çıxış və ya təqdimat etməyi düşünmək belə sizi həyəcanlandırır, tərlədir? Demək, siz çox utancaqsız.

Bəs utancaqlıq nədir, hansı səbəblərdən qaynaqlanır?

Londonda yerləşən “Kings College”in inkişaf və davranış üzrə genetika professoru Talia Eli hesab edir ki, utancaqlıq xarakterlə bağlı özəllikdir:

“Xarakter şəxsiyyətin xəbərçisi kimidir. Kiçik yaşlı uşaqlar digər insanlarla ünsiyyət qurmağa başlayanda, tanımadıqları bir şəxslə danışanda heç də hamısı rahat davranmırlar”.

Professor bildirir ki, utancaqlıq sadəcə 30 faiz genetikayla bağlıdır, geri qalan qism mühitin təsirlərindən qaynaqlanır.

 

Genetikanın rolu

Utancaqlıq Nədən Qaynaqlanır

Utancaqlığa genetikadan rolu

Utanqaclığın genetikayla bağlılığı mövzusunda  araşdırmalar bir-birinin “genetik surəti” olan tək yumurta əkizləriylə aparılır. Eli hesab edir ki, mühit faktoru bu cür özəlliklərin inkişafında daha vacibdir.

Genetika ilə bağlı maraqlı məqamlardan biri, onun ətraf mühit amilləri içərisində bizi meylimiz olan istiqamətə itələməsidir. Məsələn, utancaq bir uşaq parkda başqa uşaqlarla oynamaq yerinə, onları izləməyi seçə bilər. Bu cür məqamlar onu gələcəkdə tək daha rahat hiss etdirə bilər.

Professor vurğulayır ki, genlər və mühit də bir-birilə bağlıdır: “Genlər də, çevrə də təsirlidir və birlikdə işləyirlər. Bu, dinamik bir sistemdir və psixoloji seanslarla dəyişdirilməsi hər zaman mümkündür.

 Utancaqlıq normal haldırmı?

Utancaqlıq Nədən Qaynaqlanır

Utanma normaldırmı?

 

Londondakı davranış pozğunlqları və Travma Mərkəzinin klinik psixoloqu Kloi  Foster hesab edir ki, utancaqlıq olduqca geniş yayılmış və normal bir haldır, sosial təlaşlara yol açmadıqca başqa bir problem yaratmır.

Psixoloq qeyd edir ki, insanlar etmək istədikləri bir çox şeydən qaçmağa başlayanda müalicə olunmaq istəyirlər. Bunlar dostlarıyla dialoqa girə bilməmək, sosiallaşma çətinlikləri və ya başqaları tərəfindən qınanılmaq hissinə qapılmaq kimi vəziyyətlər ola bilər.

Təkamüllə bağlı səbəblər

Profesoor Elinin fikrincə, utancaqlıq xüsusiyyətinin arxasında təkamüllə bağlı səbəblər də dayana bilər: “Çölə çıxıb ətrafı kəşf etmək, yeni insanlarla tanışmaq istəyənlərlə yanaşı, riskdən qaçan, içəridə qalıb övladlarının qorunmasına çalışan insanlara da ehtiyac var”.

Necə aradan qaldıraq?

Utancaqlıq Nədən Qaynaqlanır

Utancaqlığı necə aradan qaldırmalı

Eli utancaq olub sosial təlaş yaşayan insanlar üçün ən təsirli müalicə üsulu kimi idraklı davranış terapiyasını (İDP) göstərir. Bu üsulla şəxsin düşüncə və davranış qəliblərini dəyişdirməyə çalışırlar.

İDP neqativ düşüncələri və faydalı olacağını düşündüyümüz müəyyən davranışları aşkar etməyə kömək edir. Söyləyəcəyiniz şeyi əvvəlcədən hazırlamaq, göz təmasından qaçmaq insanda daha çox təlaşa səbəb ola bilər.

 

Fosterin fikrincə, kütlə qarşısında danışmaqda sıxıntı yaşayan insanların əsas problemi özlərinə çox yüksək standartlar qoymalarıdır. Mütəxəssis vurğulayır ki, bir az rahatlaşıb, bir-iki dəfə dərin nəfəs alsaq, bu təlaş olduqca azalar.

Şəxsin həyəcan səbəbindən yaşadığı sıxıntı yerinə, ətrafda olub-bitənlərə diqqət etməyə çalışması da faydalı ola bilər. Özümüzə deyil, dinləyicilərə yönəlmək işlədəcəyimiz kəlmələri yalnış seçmək qorxusunu aradan qaldırmağa kömək edə bilər.

Sosiallaşma mühitlərinə yeni bir bucaqdan yaxınlaşmaq lazımdır. Belə vəziyyətlərdə ən çox nələrdən qorxduğumuzu özümüzdən soruşa bilərik. Sıxıcı bir insan kim görünməkdən, yoxsa deməyə bir şey tapmamaqdan qorxursunuz? Bu təlaş haqqında nə qədər çox şey bilsəniz, ona meydan oxumaq da bir o qədər  asan olacaq.