Dünyada bir çox xəstəliklər var ki, biz hətta onların xəstəlik olduğundan belə xəbərsizik.

Bəs bu xətəliklər hansılardır? Əlamətləri və fəsadları nədən ibarətdir?

 

Otofaji

Dünyanın əcaib xəstəlikləri və müalicəsi

Otofaji xəstəliyi və simptomları

Bu əslində, çox sıx rastlaşdığımız bir xəstəlikdir. Hər nə qədər xəstəliyin irəliləmiş tipləri olsa da dırnaq yemək, barmaq və dodaqlardan qopan ölü dəriləri çeynəmək də Otofaji xəstəliyinin əlamətləridir. Artan stress nəticəsində ortaya çıxan Otofajinin bu tipləri insanların tibbi yardıma ehtiyac duyğmadığı, xəstəliyə çox da önəm vermədiyi anlamına gəlir.

Xəstəliyin ciddi dərəcələrə çatdığı halda isə insan özünü yeməyə əngəl ola bilmir və özünü şikəst edənə qədər prosesi davam etdirir. Xəstəliyin əmələ gəlmə səbəbləri haqqında bir neçə fərziyyə var. Buna qida çatışmazlığının, psixoloji stressin ya da beynin iştahı idarə edən bölümlərində meydana gələn anomaliyaların səbəb olduğu düşünülür. Psixoloqlar isə deyir ki, cinsəl problemləri olan və stresslə mübarizə aparan insanlarda bu xəstəliyə rast gəlmək olar. Ancaq qeyd etdiyimiz kimi bunlar sadəcə ehtimallardır və heç bir elmi sübuta əsaslanmır.

 

Fil xəstəliyi və ya elefantiaz

Dünyanın əcaib xəstəlikləri və müalicəsi

Fil xəstəliyi və onun simptomları

İnsan bədəninin hər hansı bir hissəsinin həddsiz böyüməsidir. Fil xəstəliyini filarioidea ailəsinə daxil olan qurdlar tərəfindən törədilir. Bu xəstəlik parazitar xəstəliklərə aid olub, həmin qurdlar maralların orqaznimində yaşayıb, ağcaqanadlar tərəfindən yayılır.

Əgər alimlər maralların orqanizmində bu qurdun inkişafının qarşısını ala bilsə, insanlar arasında bu xəstəliyin qarşısını da almış olacaqlar. Tropik zonalarda rast gəlinən fil xəstəliyi (limfatik filariya) moskitlər tərəfindən törədilir. Bu xəstəlikdən dünyada 120 milyon adam əziyyət çəkir və bunlardan 40 milyonu ağır vəziyyətdədir.

Yoluxmuş dişi moskit insan qanını sorarkən sürfələr qana keçir və bunula da bütün bədənə yayılır. Sürfələr əsasən limfatik toxumaları zədəliyir, hansı ki, onların normadan artıq böyüməsinə gətirib çıxarır. Nəticədə bu xəstəlik zamanı qızdırma və güclü ağrılar baş verir. Hipertrofiyaya məruz qalmış ayaqlar, əllər, sinə və cinsiyyət orqanları, bu xəstəliyin ümumi simptomlarından sayılır.

Ağrıya qarşı laqeydlik

Dünyanın əcaib xəstəlikləri və müalicəsi

Ağrıya qarşı laqeydlik və simptomları

Anadangəlmə bu xəstəlikdən əziyyət çəkənlər fiziki ağrı hiss etmirlər. Bu xəstəlik xüsusilə uşaqlıqda çox təhlükəlidir. Belə uşaqlar bilmədən sümüklərini qıra və ya dodaqlarını, dillərini dişləyə bilərlər.

 

Trimethylaminuria

Dünyanın əcaib xəstəlikləri və müalicəsi

Trimethylaminuria xəstəliyi və onun simptomları

Bu genetik xəstəlik xəstədə çürümüş balıq ve zibil iyinə bənzəyən bir bədən iyinin yaranmasına səbəb olur. Bu narahatlığın bilinən bir müalicəsi yoxdur. Lakin dieta saxlamaq, antibiotik ve B2 vitamininin qəbulu simptomları azaldır.

 

Hipertrikoz ( Qurd Adam Sendromu)

Dünyanın əcaib xəstəlikləri və müalicəsi

Hipertrikoz xəstəliyi və onun simptomları

Bədəndə anormal tüklənmə ilə xarakterizə olunan xəstəlikdir. İki növü var: bütün bədəndə tüklənmə və sadəcə müəyyən bir bölgədə tüklənmə. Xəstəliyin bilinən müalicəsi yoxdur.