Həyat insanlara hər zaman sevinc bəxş edə bilməz. Yaşadığımız bu zəmanədə digər insanlarla, xəstəliklərlə, saydıqca bitməyən müxtəlif nüanslarla mübarizə aparmalı oluruq. Amma hər insan eyni ola bilməz. Bəzi insanlar bu mübarizədə əzmlə vuruşur, bəziləri isə özlərində güc tapa bilmir, geri çəkilirlər.

İndi bütün dünya koronavirus pandemiyasıyla mübarizə içərisindədir. Bir çox xəbər mənbələrindən bildiyimiz qədər dünyada çox sayda insan bu virusa yoluxur, ölənlərin sayı da az deyil.

Belə bir dövrdə bəzilərimiz hər şeyin yaxşı olacağına inanarkən, digərlərimiz həyatdan küsüb sadəcə yaşamaq xətrinə vaxtımızı dəyərsizləşdiririk. Bəs necə pozitiv olaq? Necə xoşbəxt hiss edək?

Motivasiyanı necə yüksək tutmalı?

Psixoloqlar əhvalı yüksək tutmaq üçün bəzi məsləhətlər verir.

Əvvəlcə yaşadığınız həyatı mənimsəyin. Onun hər anının qiymətini bilin. Əslində bir çox insanın fərqində olmadığı bir şey var: “Zaman bizə verilmiş ən dəyərli hədiyyədir”. Xoşbəxt olmaq, bədbinliyə qapılmamaq hər kəsin öz əlindədir. Bəziləri qara-qara düşünür: “Mən nə etsəm olmur. Başıma gələn heç bir hadisə mənə sevinc gətirmir…” Bu düşüncədəki insanlar təəssüf ki, necə yaşamağı bilmirlər.

Xoşbəxtliyin sirri

Xoşxbəxt olmaq üçün bunları etmək lazımdır

Necə xoşbəxt olaq?

Ekspertlər əvvəlcə sevincinizə mane olanı tapmağı məsləhət görürlər.

Yəni bütün gün düşündüyünüz, dərdini çəkdiyiniz nədirsə, onu zehininizdən uzaqlaşdırmağa çalışın. Heç asan deyil. Bu yəqin hamıya məlumdur. Amma çalışmasan, nəticəsini də görə bilməzsən. Xoşbəxt olmayan insanlar həyatda nə məqsəd güddüklərini bilməyən, sabaha gözlərini açmağa hədəfi olmayan insanlardır.

Həyat məqsədi tapın

Səhər yataqdan duranda beyninizdəki hədəf, onu gerçəkləşdirmə istəyi sizi həyata bağlayacaq. Ən sadə hədəflərdən başlaya bilərsiniz. Zaman keçdikcə siz belə bu məqsədlərin böyüdüyünün fərqində olmayacaqsız.

 Əlinizdə olan hər şeyin qədrini bilin

Gileylənmək, özündə olanı bəyənməyib başqasının olanı gözündə böyütmək insanları həmişə bədbin edir. Unutmayın, artıq tamah baş yarar. Hər kəs əvvəl əlində olanı yüksək qiymətləndirməyi bacarmalıdır.

Xoşbəxtliyinizi başqalarından asılı etməyin

Belə insanlar hər zaman kiminsə sevgisinə, qayğısına ehtiyac duyurlar.  Tək qaldıqlarları zaman depressiv halda olurlar. Halbuki, insanlara ən böyük sevinci özləri yaşadır. Hər kəsin sevgisi gerçək olmur. Yalan sevgi sözlərinə inanıb xoşbəxt olmaqdansa, yalnız qalıb özünü müəyyən müddətlik bədbin hiss etmək yaxşıdır. Bu cür insanlar tək film izləməkdən, kitab oxumaqdan, gəzməkdən zövq almağı sınamalıdır.

Xoşbəxtliyin sirri - Motivasiya

Xoşbəxt olmaq üçün qorxularınızı anlayın

Qorxularınızı bilin

Bildikdən sonra onlardan qaçmaq yerinə mübarizə aparmağa çalışın və siz həmin qorxuya qalib gəldikdə, fəxr və sevinc hiss edəcəksiniz ki, mən bacardım.

Öz şəxsi fikriniz olsun

Sonuna qədər heç kim sizi dəstəkləməsə belə, siz fikrinizin arxasında durun.

Ətrafımızda paxıl, yalançı, qeybətcil və s. hər xüsusiyyətə malik insanlar var. Biz b deyilən hər sözə əhəmiyyət verməməyi, önəmsəməməyi bacarmalıyq. Əlbəttə, bəziləri bizim xeyrimizə deyilir. Onları dinləmək və əməl etmək vacibdir.

Sonda yaşadığınız həyatı sevin və dəyərləndirin. Bir dəfə yaşamaq şansınız olduğunu unutmayın. Nə olsa belə, həyata küsməyin. Hər zaman yenidən cəhd etməyi bacarın.

 

Ülkər Əbdürrəhmanova