Şizofreniya ciddi və kompleks ruhi xəstəlikdir. Bu psixozun ən çox görülən formasıdır. Dünyada 100 nəfərdən birində rast gəlinir. Şizofreniyanın əsasında düşüncə və qavrayışın pozulması dayanır.

Statistikaya görə, dünyada 60 milyona yaxın  şizofren var. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ildə Azərbaycanda 586 nəfərə şizofreniya diaqnozu qoyulub.

Şizofreniyanın yaranma səbəblərindən biri də Qohum Evliliyidir

 Şizofreniyanın Əlamətləri Və Müalicəsi

Şizofreniya yaradan səbəblər

Hansı hallarda özünü biruzə verir?

– Qohum evlilikləri risklidir. Xəstə genlərin bir araya gəlməsi bu nikahlardan doğulan uşaqlarda şizofreniyaya rast gəlinmə ehtimalını artırır.

– Hər iki valideyndə şizofreniya varsa, övladın xəstə olması ehtimalı 45-60 faizdir. Ona görə də, ailədə, nəsildə bu problem varsa, hər hansı əlamət olmasa belə, ailə üzvlərinin bu problemlə bağlı araşdırılması, müayinə olunması önəmlidir.

– Eyni yumurta əkizlərində şizofreniyaya rast gəlinmə faizi yüksək sayılır.

– Uşaqlıq dövrundə ailə və cəmiyyət ortamlarında həddindən çox stress şizofreniyaya gətirib çıxara bilər.

– Narkotik maddələrdən istifadə etmək də şizofreniyanın yaradacaq səbəblərdən biridir.

 

İlkin əlamətləri

         Pozitiv simptomlar:

  • Həzəyan: Düzəldilə bilinməyən, reallıqdan uzaq düşüncələr. Xüsusilə, tanıdığı və ya tanımadığı insanlar tərəfindən izlənmə, zərər görmə düşüncələri, bu fikirlərin başqa insanlar tərəfindən oxunması və ya yad düşüncələrin ağıllarına yerləşdirilməsi və s.

 

  • Hallüsinasiya: Başqalarının hiss etmədiyi, görmədiyi varlıqların, realda olmayan hadisələrin gözə görünməsi: əmr verən səslər, aşağılayan, danlayan və ya öz aralarında danışılan, əslində olmayan səslərin eşidilməsi.

Şizofrenik şəxslər bədəninin formasında dəyişiklik olduğunu düşünür

Diaqnoz gec qoyularsa, xroniki hal ala bilər

Şizofreniyanın Əlamətləri Və Müalicəsi

Xəstəlikdə erkən diaqnoz

 Neqativ simptomlar:

  • Qarışıq danışma və düşüncələr
  • Uyğunsuz, məntiqsiz və mənasız davranışlar
  • Çox qısa və kəskin nitq
  • Duyğusal cəhətdən donuqluq. Şizofreniyada olan şəxs hesab edir ki, onun bədəninin formasında dəyişiklər olub. Buna görə də özünü qəribə hiss edir.

 

  • Bəzən xəstə heç danışmaz və özünə qapanar. Nitqi ətrafındakı insanlar tərəfindən başa düşülmür. Onlar bir insanı eyni zamanda həm sevə, həm də nifrət edə bilər. Bəzən xoş davranışlar sərgiləyər, bəzən isə üzərinizə hücum çəkə bilər.

Müalicəsi

Bu xəstəliyə həkim tərəfindən diaqnoz qoyulmalı və qısa zamanda müalicəyə başlanmalıdır. Xəstəliyin ilkin mərhələsində mövcud simptomlar dərmanlarla kontrol altına alınır, vəziyyəti stabilləşdirilir və müalicəyə uyumlu hala gətirilir. Erkən diaqnoz qoyularsa, müalicə olunarsa, xəstələrin çoxu günlük həyatlarına davam edə bilərlər.

Diaqnoz gec qoyulduqda, müalicələrdə axsamalar olduqda xəstəlik xroniki hala keçir. Bu zaman müalicənin əsas məqsədi xəstənin şəxsi gigiyenasına nəzarət edə bilməsi, ev işləri və ya yüngül işlərdə çalışması, dostluq, qohumluq əlaqələrini davam etdirə bilməsidir. Bir sözlə, xəstəlik səbəbindən itirilmiş sosial vəzifələr yenidən qazandırılır.

Psixoloq Xanım Bəşirli