Yeniyetməlik dövrü uşaqların artıq cəmiyyətdə özlərini tapması, şəxsiyyət, azad biri olaraq qəbul etdirməsidir.
Bu dövrün başlanğıc və son mərhələsinin dəqiq sərhədləri yoxdur. 12-22 yaş 10 illik prosesə “yetkinlik dövrü” deyilir. Bu zaman gənc nə uşaqdır, nə də yetişkin. Bu bir “ara dövr” adlanır.
Yeniyetməlik dövrü qızlarda 10-15, oğlanlarda 14-15 yaş arasında özünün biruzə verir. Əqli və fiziki tamamlanma çağı 15-24 yaş arası hesablanır. Bu yaşlar həmçinin gənclik dövrünüdə
əhatə edir. Gənclik dövrü 15-30 yaş arası olur.
Bu dövrdə nə kimi dəyişikliklər meydana gəlir?
• Bu dövrdə bədən nisbətləri dəyişər. Əvvəl əllər və ayaqlar böyüyər, qollar və qıçlar
uzanar.
• Oğlanlarda səs dəyişər, çatlayar və qalınlaşar.
• Bədən yağ paylaşımında cinsiyyətə xas dəyişikliklər ortaya çıxar, qızlarda çanaq
bölgəsi genişləyərkən oğlanlarda sinə bölgəsində genişləmə olar.
• Dəridə yağlanma artar. Bu yağlanma sızanaqların ortaya çıxmasına səbəb olar.
• Cinsi orqanlarda cinsiyyətə xas dəyişikliklər ortaya çıxar.
Bundan əlavə psixoloji dəyişikliklər də olur:
• Daxili narahatlıq
• Vasvasılıq
• Tez reaksiya vermə
• Hislərini ifadə etməkdə ziqzaqlar (tez sevinmə, tez kədərlənmə, qərarsızlıq,
marağın, diqqətin artıb azalması)
• Tərslik ( öyüdlərə, qadağalara qarşı çıxma)
• Dözümsüzlük
• Səbrsizlik
• Aqressiya
• Dikbaşlıq
Valideynlər nə etməlidir?
– Alınan və verilən fikirlərə ( Naqis ünsiyyət) diqqət edilməlidir. Verilən fikirlə anlaşılan fikrin önəmi böyükdür. Böyüyün nə dediyindən çox, uşağın nə dediyi nə anladığı əhəmiyyətlidir.
– Yeniyetmələrin qəbul edilmə, qiymətləndirilmə və bəyənilmə ehtiyacları hədsizdir.
Bu yolda atdığı addımlarını izləmək, səhvlərini görməzdən gəlmək, ona hiss etdirmədən
yolunu asanlaşdırmaq üzərindəki təzyiqi azaldacaq.
– Etdiyi yaxşı işlər üçün tərif dolu sözlər demək, bir sonrakı addımı atması üçün həvəsləndirmək lazımdır. Təriflərinizi eşitmir, ya da
heç vecinə deyilmiş kimi davransa da, əslində önəmsəyir.
– Bu dövrdə bəzən hədsiz qırıcı, kobud ola bilərlər. Lakin əmin olun ki, onlar valideynlər üçün nə qədər dəyərli, əvəz olunmazdılarsa bizdə onlar üçün eləyik.
Unutmayaq ki bu sadəcə
onların özlərini tapması üçün keçiddir. Bu yolda sadəcə onların yanında olaq, kömək edək.
Psixoloq Xanım Bəşirli