AFAD-ın məlumatına görə, fevralın 6-da bazar ertəsi saat 04:17-də 7,7 bal gücündə zəlzələ baş vermişdi. Episentri Kahramanmaraşın Pazarcık rayonunda olan zəlzələ yerin 7 kilometr dərinliyində baş verərkən həmin gün saat 13.24-də episentri Kahramanmaraşın Elbistan rayonu olan 7,6 bal gücündə daha bir zəlzələ də insan tələfatını artırmışdı.
Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu, Kahramanmaraş mərkəzli zəlzələlərdə can itkisinin 39 min 672-yə yüksəldiyini açıqlayıb.
6 Fevral Bazar ertəsi günü, saat 04.17-də Kahramanmaraşın Pazarcık mahalında 7.7; Elbistan mahalında saat 13.24-də baş verən 7,6 bal gücündə iki zəlzələ Kahramanmaraş, Hatay, Adıyaman, Diyarbəkir, Adana, Osmaniye, Qaziantep, Şanlıurfa, Malatya və Kilisdə böyük dağıntılara səbəb olub. Türkiyəni sarsıdan zəlzələdən 11 gün keçsə də, bölgədə dağıntıların təmizlənməsi işləri davam edir.