Adımızın baş və son hərfləri bizim haqqımızda müəyyən informasiya verir. Adınız saitlə başlayıb, saitlə bitirsə, çox enerjili, bacarıqlı qabiliyyətli, şanslı birisiniz. Yox əgər adınız samitlə başlayıb,samitlə bitirsə, siz çox az hərəkətli, heç nəyə tələsməyən, ani qərarlar verməyən birisiniz demək. Özünüzü ifadə etməkdə çətinlik çəkirsiniz və ictimai mühitlərdə olanda daxilinizdə çox çətinliklər çəkirsiniz.

Bu deyilənlər sadəcə adımızın baş hərfi ilə bağlı deyil, həm də doğum tariximizlə də bağlıdır.

 

Adımızın baş hərfi taleyimiz və xarakterimizdə nə kimi rol oynayır?

Hər Hərfin Öz Xüsusiyyətləri Var

Adı “A” hərfi ilə başlayanlar adətən çox əsəbi olur və ani çıxışlar edir. Fikirlərinin daim hər kəs tərəfindən qəbul olunmasını gözləyirlər. Belə olmadıqda isə əsəb nümayiş etdirirlər. Bu hərf ilə başlayan insanlar hər nə qədər gücsüz olsalar da, bunu qarşı tərəfə hiss etdirmirlər. Sadiq həyat yoldaşı və nümunəvi valideyn olurlar. Çox enerjili olurlar, özlərinə diqqət göstərməyi və diqqət mərkəzində olmağı sevirlər. Olduqları ortamda lider olurlar.

“B” bu hərf ilə adı başlayan insanlar həssas, duyğusal xarakterə sahib olurlar. Və B nin samit səs olduğunu da nəzərə alarsaq, bu insanlar çox yavaş hərəkət edirlər. Ancaq çox vaxt doğru qərarlar verirlər. Planlı həyat tərzini sevirlər. Ani dəyişikliklərə nifrət edirlər. Zahiri görkəmə çox önəm verirlər. İşlərində uğurlu olurlar, xüsusilə də qadınlar.

“C” – Sabit həyat tərzlərini sevməzlər və həyatlarında əsaslı dəyişikliklər etməkdən çəkinməzlər. Üsyankar olduqları qədər, sevgi dolu və şən olurlar. Hər şeydən çox tez sıxılırlar. Bu səbəbdəndir ki, çox vaxt başladıqları işi yarıda qoya bilirlər. Əgər köməyə ehtiyacları varsa, utanmadan kömək istəyirlər. Çox mövzuda bilgili olurlar.

“Ç” – Münasibətlərində çox vaxt uğursuz olurlar. Enerjili və olduqca çox ağıllı insanlardırlar. İnadçıdırlar, istədiklərini əldə edənə qədər mübarizə aparırlar. Hər mövzuda yalnız bir fikirləri var və bu həmişə belə qalır, dəyişmir.

“D” – Öncəlikləri özləri olsalar da, çox yardımsevərdirlər. Ayın təsiri altında olduqları üçün tez-tez duyğu dəyişiklikləri yaşaya bilirlər. Ailə onlar üçün çox önəmlidir. Həddən artıq sevgi dolu olurlar və buna qarşılıq almadıqlarında isə rahatca gedə bilirlər.

Hərflərə görə xarakterini müəyyən et!

“E-Ə” – Qayğıkeş və sevgi dolu insan olurlar. Yetişkin xarakterə malikdirlər. Bu insanlar Əkizlər bürcünün təsirində olduqlarından azadlıqlarının əlindən alınmasına imkan verməzlər və tez- tez qərar dəyişdirərlər. Çətin bir xarakterə sahib olmalarına rəğmən, hər yerdə özlərini qəbul etdirə bilirlər.

“F” – Bu insanlar incəsənətin demək olar ki, bütün sahələrində bacarıqlı olurlar. Sosial həyatlarına bağlı olurlar və sakit həyat tərzini sevirlər. Onlara hüzur verəcək hər şeydə özlərini tapa bilirlər. Yalandan nifrət edirlər. Birinin yalan danışdığını anladıqları an o insandan uzaqlaşırlar. Avtoritardırlar, xüsusilə də, sevgidə idarə edən tərəf olmağı sevirlər.

“G-Ğ” – Çox təmizkar və səliqəli insanlardır. Münasibətlərdə hər detala xüsusi diqqət edərlər. Evlərinə və ev dizaynlarına bağlı olurlar. Dedektivliyi çox sevirlər. Heyvanlara qarşı xüsusi sevgi bəsləyirlər. Çox dözümlü olurlar, heç bir çətinlik qarşısında aciz qalmırlar.

“X” – adı bu hərf ilə başlayan insanlar güclü xarakterə sahib olurlar. Hər hansı bir mövzuda yalnış olsalar belə, onu qəbul etmirlər. Bununla yanaşı, bu insanlar ətrafındakı insanlara daha çox dəyər verir, onların problemini aradan qaldırmaq üçün hər şey edirlər. Sərt görünsələr də, insani keyfiyyətləri çoxdur.

“H” – Bu insanlar işlərinə bağlı olurlar. İşləri ilə bağlı heç bir mövzuda məsuliyyətsizlik etməzlər. Pulu və qazanmağı çox sevirlər. İntizamlı olmaları hər zaman onları uğur sahibi edir. İkinci bir işlə məşğul olmaq əsl onlarlıqdır. Sağlam xarakterə sahibdirlər.

“I-İ” – Bu insanlar Venera tərəfindən idarə edildikləri üçün sevgidə romantik və sadiq olurlar. Ədalətsizliyə göz yuma bilmirlər və çox mərhəmətli olurlar. Hissləri çox qüvvətlidir, onları aldatmaz.

Adınız sizi necə xarakterizə edir?

Adımızın Baş Hərfi Önəmlidir

“J” – Adında J hərfi olan insanlar çox enerjili olurlar və bütün vəziyyətlərdə diqqəti öz üzərlərinə çəkməyi bacarırlar. Yupiter planeti tərəfindən idarə edildiklərindən yardımsevərlikləri ilə seçilirlər. İncəsənət sahəsində bacarıqlı olurlar, xüsusilə də, rəssamlıq və aktyorluq sahələrində. Yetkin xarakterə sahibdirlər.

“K” – Bu insanlar şəxsi həyatlarını gizli saxlayırlar və sirlərinin bilinməsindən nifrət edirlər. Özlərinə qapalı olarlar. İş həyatlarında daha çox uğur əldə edirlər.

“L” – İncə ruha sahib insanlardır. İncəsənətin musiqi, yazıçılıq və aktyorluq sahələrində xüsusi istedadları olur. Veneranın təsiri altındadırlar və bu səbəbdən də sevgi, qayğı hər zaman həyatlarında olur. Çoxluq içərisində varlıqlarını hiss etdirməkdən zövq alırlar.

“M” – Bu insanlar yetişkin insanlar olur. Məqsəd qoyduqları hər şeyi əldə edirlər. Ayın təsirində olduqları üçün mənəvi dəyərləri çox yüksəkdir. İnandıqları hər şey üçün mübarizə aparırlar. Sevgi münasibətlərində duyğusal olan tərəfdirlər. Ailədə fikirlərinin önəmsənməsini sevərlər.

“N” – Merkuri tərəfindən idarə edilirlər. Bu səbəbdən də cəmiyyət qaydalarına əməl etməkdə çətinlik çəkirlər. Üsyankar ruha sahibdirlər. Uzaqdan utancaq görünsələr də, tanıyanda çox zarafatcıl və əyləncəli biri olduqları ortaya çıxır.

“O-Ö” Sabit fikirli insanlardır. Belə olmaqlarını da ətrafındakı çox insan qəbul etmir . İnsanların onlara daima diqqət göstərmələrini istəyirlər. Münasibətlərini idarə edən tərəf olmağı sevirlər. Uzaqdan məsuliyyətsiz, eqoist biri kimi görünürlər.

“P” – Bu insanlar ətrafındakı hər kəsə qarşı məsafəli davranırlar. İşlərində intizamlı və uğurlu olurlar. Sevgililərinin də bacarıqlı və gözəl olmağına diqqət edərlər. Özlərindən hər zaman əmindirlər.

Hərflərin energetikası sizi daim qoruyur

Adınızın Baş Hərfi Taleyinizə Necə Təsir Göstərir

Hərflərin xarakterimizə verdiyi özəlliklər nədir?

 

“R” – Bu insanlar sevgi münasibətlərində görünüşdən çox olduqları yerə və ağıla önəm verərlər. Əsəblərini idarə edə bilmirlər. Çox tez əsəbləşmələrinə baxmayaraq, əsəbləri tez keçir. Güclü və nüfuzlu ortamda olmaqdan xoş olurlar. Keyfiyyətli həyat tərzi yaşayırlar. Qərar verməkdə çətinlik çəkir və tez-tez qərar dəyişdirirlər.

“S-Ş” – Mübarizə aparmaqdan çəkinməzlər. Davranışlarında hər zaman içdən olduqlarını göstərirlər. Mehriban və enerjili olurlar. Sevgidə aldadılmaqdan qorxurlar. Çox duyğusal olduqları üçün tez inciyə bilirlər. Ani reaksiyalar verirlər.

“T” – İnsanlar tərəfindən soyuqqanlı biri kimi bilinsələr də, əslində çox qayğıkeş və zarafatcıl insanlardır. Neptun tərəfindən idarə olunduqları üçün xəyalları ucsuz bucaqsız olur. Həssas bir xarakterə malikdirlər. Münasibətlərində qarşı tərəfə hər zaman güvən verirlər.

“U-Ü” – Yupiterin təsiri altında olduqlarından bu insanlar çox şanslı olur. Sevgilərində ehtiraslı və sevgi dolu olurlar. İnsanlardan çox öz hislərinə inanırlar. Ailə arasında sevimli və yolagedən olurlar. İş həyatlarında çox çalışmaqlarına baxmayaraq, tez-tez problemlərlə qarşılaşırlar.

“V” – Uran tərəfindən idarə edildikləri üçün verdikləri qərarı hər an dəyişdirə bilirlər. Müəyyən vəziyyətdə necə davranacaqlarıni bilmək olmur. Düşündüklərini söyləməkdən çəkinməzlər.

“Y” – Bu insanlar azadlıqlarını hər şeydən üstün tuturlar. Gizli bir şəxsiyyətə sahibdirlər. Qarşı cinsin diqqətini asanlıqla çəkə bilirlər. Yaddaşları çox güclüdür. Çox baxımlı olurlar, xüsusilə də, qadınlar. Sağlam orqanizmə sahibdirlər.

“Z” – Bu insanlar inanclıdırlar. Neptunun təsirindədirlər. Bunun üçün də nəzakətli və mehriban olurlar. Sosial həyatlarında səmimi və güvəniləndirlər.
Ad analizləri daha çox baş hərflər ilə yoxlanıldığı üçün biz baş hərflərin enerjisi haqqında məlumat verdik. Lakin bu analizlər adınızın ikinci, sonuncu və yaxud da doğum tarixinizlə də əlaqəli ola bilər.

Aytəkin Cəlali