Çində 2300 şüşə körpü var.
Şüşə körpülər fotoqrafiya üçün bənzərsiz mənzərələr təqdim etdiyinə görə ölkədə böyük maraq kəsb edir. Çin boyu təxminən 2300 belə şüşə körpünün olduğu təxmin edilir.
300 metrlik şüşə körpü
Çinin ən təhlükəli körpülərindən biri sayılan bu körpünü 11 mühəndis gündə 12 saat çalışaraq hazırlayıb.
Beləliklə, Çində dünyanın ən uzun şüşə körpüsü tikildi. Çinin Hunan əyalətindəki Shiniuzhai Milli Parkında bir kanyonun üzərində inşa edilən şüşə körpünün uzunluğu 300 metrdir. Yerdən 180 metr yüksəklikdə olan şüşə körpünün inşasında 22 millimetrlik ikiqat şüşə istifadə edilib.
Çin rəsmiləri sözügedən şüşənin pəncərə şüşələrindən 25 dəfə daha davamlı olduğunu bildirib. Döşəmənin şüşədən olması körpünü daha “qorxunc” edir.
Buradan keçmək cəsarət tələb etdiyi üçün adı da “Cəsarət Körpüsü” olaraq dəyişdirilib.
3.4 milyon dollarlıq körpü
Dövlət xəbər agentliyi Xinhua xəbər verir ki, dekabr ayında tamamlanan 430 metr uzunluğundakı körpünün inşası 3,4 milyon dollara (2,6 milyon funt) başa gəlib və yerdən 300 metr hündürlükdədir.
99 şüşə üçqatlı şəffaf şüşə ilə döşənib.
Rəsmilərə görə, İsrailin memarı Haim Dotan tərəfindən dizayn edilmiş 6 m enində körpü artıq memarlıq və tikinti ilə dünya rekordu qırır.
Şüşə körpülər niyə bağlandılar?
Çindəki şüşə körpülər cəsarətli foto imkanları ilə məşhur bir çılğınlığa çevrilib. Kütləvi yoqa nümayişləri və hətta toy vvə digər tədbirlər bir neçə belə körpüdə təşkil edilib.
Şüşə körpülərin bağlanması qərarı ən azı iki nəfərin öldüyü və bəzi insanların yaralandığı qəzalardan sonra verildi. Ölkədəki şüşə körpülərin və sürüşmələrin təhlükəsizliyi müzakirə olunmağa başladı.
Belə ki, Guangşi əyalətində yağışdan sonra bir nəfər şüşə körpüdən yıxılaraq ölüb, 6 nəfər yaralanıb. 2017-ci ildə Hubei şəhərində bir turist şüşə körpüdə həyatını itirib.
2015-ci ildə Henan əyalətində şüşə körpünün döşəməsinin çatlaması çaxnaşmaya səbəb olub.
Hunan əyalətində 2016-cı ildə gündə səkkiz min nəfər üçün nəzərdə tutulmuş körpüdə 10 dəfə ziyarətçi axını olub və şüşə konstruksiya 13 gün sonra bağlanıb.
Hökumətin ölkədəki bütün körpülərin təhlükəsizliyinə yenidən baxılması barədə əmr verdiyi bildirilir. Bu qəzalar şüşə tipli bütün görməli yerlərin bağlanmasına səbəb olub.