Stress orqanizmin gərgin vəziyyətdə reaksiyasıdır. Bu zaman bədənin özünü qoruma funksiyası işə düşür. Stress zamanı adrenalin və noradrenalinin qana ifrazı daha da çoxalır, həmçinin qanda insulinin miqdarı yüksəlir, bütün bunların nəticəsində qan damarlara daha sürətli axır, ürək döyüntüləri tezləşir. Bu kimi proseslərin nəticəsində ürək – damar xəstəliklərinin yaranma riski yüksəkdir.

Ağır və xroniki stresdən beyində də ciddi problemlər ortaya çıxır. Adaptasiya zəifliyi, diqqət, hafizə öz funksiyalarını doğru və tam yerinə yetirə bilmirlər.

 

Stressi yaradan səbəblər:

Stress nədir

Stressi yaradan səbəblər

Əsəb, qayğı, kədər, dəyərsizlik hissi, unutqanlıq, yuxusuzluq, depresiya, spirtli içki və narkotik maddələr kimi səbəblər stresi yaradan başlıca faktorlardan biridir. Bəs stress zamanı orqanizmdə hansı dəyişikliklər meydana çıxır?

Bu psixoloji narahatlığı yaşayanlarda:

  • Təzyiq
  • Diyabet
  • Ülser
  • Kolit
  • Xərçəng
  • Beyin iflici
  • Ürəkdə bir sıra problemlər
  • Xroniki yorğunluq sindromu
  • Kilo itirmə və yaxud artımı
  • Yaraların daha gec sağalması
  • İnfeksiyalara qarşı zəiflik
  • İmmunitetin azalaması və s. kimi dəyişiklər baş verir.

Qadınlarda, mükəmməliyətçilik prinsipi olan insanlarda stressə daha çox rast gəlinir. Qadınların kişilərə nisbətən stresə dözümü daha azdır və daha tez təsirlənirlər.

Stresdən necə qurtulmaq olar?

Stress nədir?

Stressdən necə qurtulmaq olar?

  1. Birbaşa problemin özünə istiqamətlənin. Problemləri həll edə bilmə bacarığınızı yüksəldin.
  2. Stresi azaltmaq, streslə baş etmək üçün çox qayda-qanun, 100/100 olmağa çalışmayın.
  3. İnsanlarla münasibət zamanı sərt, kobud, paylaşmağı bacarmayan, hər kəsə qarşı paxıllıq edən, kin saxlayan, xırda şeylərə önəm verən olmayın. Ən əsası lazım olduqda yox deməyi bacarın.
  4. Qidalanmağa, yuxuya diqqət edin. Unutmayın ki onlar sizin enerji qaynağınızdır.
  5. Hər zaman A planızdan əlavə B, hətta C, D kimi bir çox planınız olmağı vacibdir. Bu halda problemdən qurtuluş yolu tapma faiziniz də, bir o qədər də yüksək olar.

 

Bu maddələrə əsasən yenə də stresiniz azalmasa və bu sizi getdikcə daha çox narahat etsə, profesional birinə müraciət edin.

  • Və qeyd etmək istəyirəm ki: “Heç bir dərd qalıcı deyil. Qalıcı olmayan heçnə, heç kim üçün ruhunuzda və özünüzdə qalıcı yaralar açmayın”.

 

Psixoloq Bəşirli Xanım