“Məcburi köçkünlərin 98%-i yaxın gələcəkdə azad edilmiş rayonlarına
qayıtmağı planlaşdırır”.
Bunu Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi “Qarabağa qayıdış”adlı sorğu hesabatın nəticələri deməyə imkan verir.
Sorğunun nəticələrinə əsasən, gənc respondentlərin 96%-i işğaldan azad olunan ərazilərə qayıtmağı planlaşdırır.
Respondentlərin böyük əksəriyyəti, yəni 83.2%-i işğaldan azad olunmuş yurd yerlərinə bütün ailə üzvləri ilə birgə qayıtmağı planlaşdırır.
Sorğuda iştirak edən məcburi köçkünlərin demək olar ki, hamısı (99%) bildidirib ki, torpaqların azad olunması onlarda nikbinlik və evə qayıtmaq əhval-ruhiyyəsi yaradıb.
Respondentlərin yarısı (51.1%) işğal altında olan ərazilərdəki evinin açarlarını, sənədlərini saxlamaqdadır. 48.9% isə saxlamayıb.
Respondentlərin 86%-i işğal altında olan, eləcə də artıq azad edilən ərazilərimizin hazırki təsvirlərini (şəkil, video və s.) görsə də, 13%-i bu görüntüləri görməyib.
Qeyd edək ki, sorğu Qobu qəsəbəsinin ərazisində mənzillə təmin olunan və faktiki yaşayan 464 məcburi köçkün ailəsi ilə telefon vasitəsilə keçirilib.
Sorğu 2020-ci il oktyabrın 9-dan 13-dək olan dövrdə keçirilib.