Türkiyənin İzmir şəhərində baş verən zəlzələ bir sıra müzakirələrə də səbəb olub. Müzakirələrdə Azərbaycan Ordusunun Qarabağda apardığı döyüşlər zamanı Türkiyənin də ölkəmizin yanında olmağından dolayı, bəzi qüvvələrin Türkiyədə süni zəlzələ yaratdığı iddası səsləndirilib.

İddialara görə Ermənistan və ya havadarları tərəfindən tektonik silahdan istifadə edilərək, törədilib.

Bəs tektonik silah nədir?

Tektonik silah dünyanın geoloji quruluşuna müdaxilə edərək müəyyən bir bölgədə zəlzələ, vulkan və bu kimi təbii fəlakətlər yarada bilən modern silah növüdür.  Bu silah ilk dəfə 1992-ci ildə Aleksey Nikolayev tərəfindən təqdim edilib. O, dünyanın dərin qatlarında yığılmış enerjini seysmik dalğalarla yönləndirərək, güclü zəlzələlər yaratmağın mümkün olduğunu deyib.

Bu silah üzərində ilk dəfə SSRİ işləyib. Belə ki, o dövrdə  “Mercury” və “Volcano” adlı iki fərqli silahın hazırlandığı deyilir.

Hətta bir sıra mənbələrdə Ukraynada baş verən Çernobl faciəsinin də ABŞ-ın bu silahları sabotaj etməyindən sonra baş verdiyi bildirilir.

SSRİ-nin süqutundan sonra ABŞ öz tektonik silahını hazırlamaq üçün HAARP hərbi bazasını yaradıb. Bu hərbi bazada ABŞ Silahlı Qüvvələr, Dəniz Qüvvələri və Alaska Universitetinin professorları birgə çalışırdılar. ABŞ-da bu proqrama Bernard Eastlund başçılıq edirdi. O, yayılan xəbərləri təkzib edir, həbi bazananın əsas məqsədinin elektromaqnit dalğalarından istifadə edərək, sualtı qayıqlar arası xəbərləşmək olduğunu deyib. Həmçinin bu silahdan istifadə edəərk neft, qaz yataqlarını aşkarlayacaqlarını qeyd edib.

Dünyada baş verən bir sıra zəlzələlərdə bu silahlardan istifadə edildiyi güman olunur.

Tektonik silahın yaradıcısı İkram Kərimov

 

Bir çox mənbələrdə isə ilk tektonik silahın azərbaycanlı seysmoloq İkram Kərimov tərəfindən yaradıldığı deyilir. zəlzələşünas alim. Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti nəzdində Seysmologiya Elmi Mərkəzinin direktoru İkram Kərimov Ağdam şəhərində anadan olub.

Ermənistan hökuməti 1988-ci ildə Spitkada baş verən zəlzələyə görə onu günahlandırırdılar. Belə ki, İkram Kərimovun bu yolla ermənilərdən qisas aldığını iddia edirdilər.

Hazırda alimin adı dünyanın 10 qızıl aliminin adı arasındadır.

Ancaq tektonik silahlarla bağlı fikirlər birmənalı deyil. Bir çox mütəxəssis, bu silahların mövcud olmadığını, belə bir silahın yaradılmağının mümkünsüzlüyünü iddia edir. Bildirək ki, bu silahların varlığı heç bir dövlət tərəfindən təsdiqlənməyib.