Pul qazanmaq üçün real dünyada həmişə ənənəvi yollardan istifadə edilib. İnternet həyatımızın böyük bir hissəsini ələ alması ilə daha çox insan maliyyə axınlarını artırmaq üçün onlayn olaraq pul qazanmağın yollarını axtarmağa başladı. Ağlımıza ilk gələn internetdən gəlir əldən etmək oldu.
Onlayn pul qazanmaq vasitələrindən biri də internet oyunlardır. Oyun oynamaq artıq çoxdan uşaq əyləncəsi yox, milyonlarla gəlir gətirən sənaye, idmandır. Məsələn, ABŞ-da bəzi oyunların mükafat fondu 10 milyonlarla dollara çata bilir. DOTA 2 üzrə “The İnternational” turniri bir neçə dəfə ödəmələr üzrə rekord qırıb. 2019-cu ilin avqustunda 34 milyon dollar mükafat oynanılıb. Bütün bunlar “E-Sport” oyunlarını gündəmə gətirir.
Bəs “E-Sport” oyunları nədir və necə oynanılır?
Kompüter və ya elektron idman da adlandırılan “E-Sport”, videoyunlar əsasında təşkil olunan fərdi və komanda oyunudur. Bəzi ölkələrdə idman növü də sayılır. Asiyada onun xüsusi nüfuzu var. Çin və Koreyada “E-Sport”un inkişafı üzrə dövlət proqramları mövcuddur. “E-Sport”un dünyada aparıcı istiqamətləri kimi FİFA, DOTA 2, Counter Strike: Global Offensive, League of Legends, Starcraft 2 oyunlarını qeyd etmək olar.
Bütün “E-Sport” istiqamətləri məkan, model, oyun tapşırıqları və kiberidmançıların oyun bacarığının inkişafına görə bir neçə əsas siniflərə bölünür: əsas qəhrəmanı olan silah oyunları, real zaman strategiyaları, avto və avia simulyatorlar, taktiki-strategiya elementləri olan rollu komanda oyunları və s.
Dünyada koronvirusun yayılması səbəbindən idman dayanmağa başlasa da, son 5 ildə bir tendensiyaya çevrilən e-sport fəaliyyətini tam sürətlə davam etdirir. Hətta bu kritik dövrdə, e–sportlar dəyərini dəfələrlə artırıb.
“E-sport” komandaları necə pul qazanırlar?
11 il əvvəl bir neçə nəfər video oyunların rəqabətə davamlı bir idman növü kimi oynanılmasının milyard dollarlıq bir sənayəyə çevriləcəyinə inanırdı. Məhz belə də oldu.
Cəmi on il ərzində “E-sport” sənayesi olduqca inkişaf etdi və 2019-cu ildə bir milyard dollardan çox gəlir əldə etdi. Bir çox investor bu sənayeyə yeni bir gəlir fürsəti kimi baxır və buna görə də rəsmi turnirlərdə rəqabət aparacaq yeni dəstək komandaları qurmağa başladı. “E-Sport” komandalarının belə bir maliyyə uğurlarına necə nail olduqlarını anlamaq üçün rəqabətədavamlı onlayn video oyunu olan Əfsanələr Liqasına (LOL) baxmaq olar.
Bu oyunun müvəffəqiyyəti diqqətəlayiqdir. Bu həm oyunun beynəlxalq miqyasda populyarlığının, həm də böyük şirkətlərin yarışacaq komandaları dəstəkləməsinin nəticəsidir.
Oyunların Gəlir Tərəfi – Sponsorluq
Bir çox “E-Sport” komandası gəlirlərinin böyük bir hissəsini, təxminən, 90%-ni sponsorluq və reklamdan əldə edir. Bu gəlir axınlarına ənənəvi idman növlərinə bənzər oyunçu forması reklamının əvəzinə sponsorluq daxildir.
Məsələn, enerji içkisi markası Red Bull və HTC smartfon şirkəti “Cloud 9” üçün forma sponsorluqlarına sahibdirlər. “E-Sport” komandası beynəlxalq turnirlərə vəsiqə qazanırsa, bu sponsorluq şirkətlərə ümumdünya şöhrəti qazanmağa imkan verir. Ənənəvi idman növlərində olduğu qədər təsirli olmasa da, şirkətlərin “E-Sport” komandalarına sponsorluq etmələrinin əsas səbəbi sosial medianın güclü olması ilə əlaqədardır.
Bir çox “E-Sport” komandası gəlirlərinin böyük bir hissəsini, təxminən, 90%-ni sponsorluq və reklamdan əldə edir. Bu gəlir axınlarına ənənəvi idman növlərinə bənzər oyunçu forması reklamının əvəzinə sponsorluq daxildir.
Məsələn, enerji içkisi markası Red Bull və HTC smartfon şirkəti “Cloud 9” üçün forma sponsorluqlarına sahibdirlər. “E-Sport” komandası beynəlxalq turnirlərə vəsiqə qazanırsa, bu sponsorluq şirkətlərə ümumdünya şöhrəti qazanmağa imkan verir. Ənənəvi idman növlərində olduğu qədər təsirli olmasa da, şirkətlərin “E-Sport” komandalarına sponsorluq etmələrinin əsas səbəbi sosial medianın güclü olması ilə əlaqədardır.
“E-Sport” Azərbaycan
Son illər ölkəmizdə də “E-Sport”un inkişafını görürük. Azərbaycan Kiberidman Federasiyası (AzKİF) 2006-cı ildən müvafiq istiqamətlər üzrə turnirlər təşkil edir. Ölkədə oyunçuların sayı gündən-günə artır. Onların arasında düzgün hazırlıq sayəsində yaxşı nəticələr qazanıb dünya səviyyəsinə çıxmaq imkanı olanlar var.
Azərbaycanda E-Sportun inkişafına dəstək məqsədilə 2019-cu ildə “Nizami E-Sport Arena”sı istifadəyə verildi. GLA-nın rəhbəri Cahangir Tağıyev “Nizami E-Sport Arena”nın parametrlərinə görə Qafqazda birinci yerdə olduğunu bildirib. Onun sözlərinə görə, arena dünyanın aparıcı ölkələri arasında ön sıralardadır. Burada ən son texnologiyalardan istifadə olunur. Arenada yerli yarışlarla yanaşı, beynəlxalq turnirlərin də təşkili nəzərdə tutulub. E-sportun inkişafı üçün arenada hər cür şərait var.
Aydın Nuri