“Mən içimdəki pisliklə doğuldum. Qatil olduğum ger-çəyinin önünə keçə bilmirdim. Elə bil bir aşığın ilham ala bilməyib mahnı oxuması kimi. Dünyaya gözlərimi açdığım yatağın yanında şeytan məni dostum olaraq gözləməkdəydi. Elə o gündən bəri də mənimlədir.”
Doğum tarixi: 16 may 1861-ci il
Ölüm tarixi: 7 may 1896-cı il
Cəza üsulu: asılaraq edam
Qurbanların sayı: 9 təsdiqlənmiş (27 etiraf, 200 təxmini)
Cinayətlərin tarixi: 1920–20 iyun 1929-cu il
Ölkə (ərazi): Amerika Birləşmiş Ştatları, Kanada
Sənədləşdirilən ilk silsilə qətllər törədən qatil hesab olunur. Əsl adının Herman Madjet olduğu, Nyu Hempşirdə kiçik bir kənddə anadan olduğu, digər cinayətkarlar kimi uşaqlığında kiçik həşəratlar üzərində təcrübələr aparmaqdan zövq aldığı məlumdur.
İyirmi yaşlarında tanış olduğu gənc bir qadınla evləndi. Bir il sonra onu tərk etdi. Vermontda bir il universitetdə təhsil aldıqdan sonra Enn Arbordakı Miçiqan universitetindən 1884-cü ildə həkim olaraq məzun oldu. Bu müddət ərzində yaxşı bir fırıldaqçı olmuş və sığorta şirkətlərindən minlərlə dollar qanunsuz yolla mənimsəyə bilmişdi. Üsulu sadə idi. İxtiyari bir adam üçün bir sığorta vekseli götürür, sonra bir cəsəd ələ keçirir və cəsədin veksel sahibi olduğunu söyləyərək pulu alırdı.
1886-cı ildə Çikaqoda yeni bir adla tanınmağa başladı. Artıq o, Henri Hovard Holms idi. Varlıların yaşadığı bir yer olan Enqlvudda əczaçı olaraq işə başladı. Əczaxananın sahibi yaşlı bir dul qadın idi. Bir neçə ay sonra əczaxanasını Holmsa təhvil verib qəribə bir şəkildə qeybə çəkilmişdi. Çox bacarıqlı bir fırıldaqçı olduğuna görə pul tapmaqda çətinlik çəkmirdi. Əczaxananın qarşısındakı boş torpaqda möhtəşəm bir ev tikdi və adın da “Qala” qoydu. Evdə gizli koridorlar, gizli nərdivanlar, saxta divarlar, gizli platformalar və qapılarla bir-birlərinə bağlı olan onlarla otaq var idi. Otaqların bəziləri asbest idi və səs keçirməz divarlara sahib idi. Zirzəmi də böyük bir depoya bağlı olan qaz boruları döşən-mişdi. Ofisindəki bir idarə panelindən bu otaqlara boğucu qaz göndərmək mümkün idi. Podvalda tam təchizatlı bir laboratoriya var idi. Bu qorxunc evin koridorlarında itən insanların sayı bilinmir. Bunların arasında Holmsun hiyləgər cazibəsinə aldanan çox sayda saf gənc qız da var idi.
1893-cü ildə keçirilən Çikaqo sərgisində oraya gələn turistlər bu evdən otaq kirayəyə götürmüş və bu insanları bir daha görən olmamışdı. Bu dövrdə anatomik nümunələrə ehtiyacı olan universitetlər Holmsdan mütəmadi olaraq skelet satın alırdılar.
Nəhayət cinayət ortaqlarından biri olan Men Pitizelin öldürülməsinə görə təqsirkar hesab olunaraq həbs olundu. Holms Pitizelin cəsədini ən sevdiyi iş olan sığorta fırıldaq-çılığında istifadə etmək istədi. Ancaq ağıllı polis işçiləri tərəfindən tutuldu.
Dövrün ən qalmaqallı məhkəmə proseslərindən sonra 27 cinayət işlədiyini etiraf etdi. “İblis Holms” ləqəbini qa-zandı. 7 may 1896-cı ildə Filadelfiyada asılaraq edam edildi.