WhatsApp-ın web versiyasına yenilik gəlib.
Artıq öz stikerlərinizi yarada biləcəksiniz. Bunun üçün etməli olduğunuz şey “stiker əlavə et”i seçməkdir. İstəsəniz redaktə etmək üçün bir foto yükləyə, arxa fonları kəsə bilər, mövcud WhatsApp etiketlərini üstünə yapışdıra bilərsiniz.
Mobil versiya istifadəçiləri adətən üçüncü bir proqramdan istifadə edərək dilədikləri stikerləri yarada bilirlər. Ancaq artıq web istifadəçiləri üçün də bir seçim var. Proqramı kompüterdən istifadə edənlərin sayı artdığı üçün şirkət web versiya üçün də fərqli özəllikllər təqdim etməyə çalışır.
Son vaxtlar şirkət çoxlu cihaz dəstəyini istifadəyə verərək böyük bir rahatlıq yaratdı. “Mesaj silmə” funksiyasıyla bağlı da yenilənmə təqdim olunub. Artıq istəyənlər çoxdan yazılmış mesajları da silə biləcəklər. Beta versiyasında olan bu özəlliklə mesajları silmək üçün verilən qısa vaxt artmış olacaq. Funksiyanın hamı üçün nə zaman əlçatan olması hələlik bəlli deyil.